“Öz məşəlini alovlandır!”
“Nar Mobile” “Eurovision-2012” mahnı müsabiqəsi zamanı yeni layihələr təqdim etmişdir
Bakı, 26 may (AZƏRTAC). “Azerfon” MMC “Eurovision-2012” mahnı müsabiqəsi zamanı yeni layihələr təqdim etmişdir.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, şəhər sakinləri və ölkədə səfərdə olan qonaqlar üçün xüsusi “Eurovision-Nar” danışıq paketləri hazırlanmışdır. Danışıq paketində ölkəmizə gələn turistlərə lazım olacaq bütün rabitə xidmətləri - şəbəkədaxili səs zəngləri, SMS, MMS, data və beynəlxalq zənglər daxildir.
Bakıda səfərdə olan qonaqlar on manat ödəməklə ölkədaxili, beynəlxalq və internet xidmətlərindən faydalana bilərlər. Bundan əlavə, “Nar Mobile” “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində milli sənətkarlığın inkişafı istiqamətində həyata keçirilən bir sıra layihələrə dəstək göstərir. Əməkdaşlığın əsas məqsədi turistləri, xarici ölkə nümayəndəliklərini tariximiz, mədəniyyət və incəsənət dəyərlərimiz barədə məlumatlandırmaqdan ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]