“Öz məşəlini alovlandır!”
Tələbələr “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar müxtəlif tədbirlərə cəlb olunmuşlar
Bakı, 24 may (AZƏRTAC). Azərbaycan Turizm İnstitutunun (ATİ) 500 nəfər tələbəsi “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar müxtəlif tədbirlərə cəlb olunmuşdur.
ATİ-dən AZƏRTAC-a bildirmişlər ki, onlar əsasən linqvistika fakültəsinin tələbələridir. Seçim zamanı tələbələrin dil bilgiləri əsas götürülmüşdür. Bundan əlavə, tələbələrin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan əvvəlki tədbirlərdə iştirak təcrübəsi də nəzərə alınmışdır. Tələbələr əsasən qonaqların qarşılanması, hotelə gətirilməsi, onların müxtəlif tarixi məkanlara aparılması, keçdikləri ərazilərdə yerləşən tikililər, abidələr haqqında onlara məlumat verilməsi prosesində iştirak edirlər.
Bildirilmişdir ki, həmin tələbələrin dərslə bağlı heç bir problemi olmayacaqdır. Onlar buraxdıqları dərs saatlarının əvəzində tədbir sona çatdıqdan sonra yenidən dərsə gələcəklər. Nəzərdə tutulan dərs saatlarının hamısı mənimsənildikdən sonra bu tələbələrdən imtahan götürüləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]