RƏSMİ XRONİKA
ÖZBƏKİSTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İSLAM KƏRİMOVA
Hörmətli İslam Abduqəniyeviç,
Sizi Özbəkistan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan və Özbəkistan arasındakı ənənəvi dostluq münasibətləri və əməkdaşlıq xalqlarımızın mənafeyi naminə, regionda sülh, sabitlik və təhlükəsizlik naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Hörmətli İslam Abduqəniyeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dost Özbəkistan xalqının rifahı naminə dövlətçilik fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 25 dekabr 2007-ci il.