Özbəkistanda koronavirusa yoluxanların sayı 75 nəfərə çatıb
Daşkənd, 27 mart, АZƏRTAC
Özbəkistanda koronavirusa yoluxanların sayı 75 nəfərə çatıb.
Özbəkistan Xüsusi Respublika Komissiyasından AZƏRTAC-ın müxbirinə bildiriblər ki, martın 26-da bu virusa yoluxanların sayı 65 nəfər olub. Sutka ərzində 15 nəfərdə koronavirus aşkarlanıb. Bildirilib ki, virusa tutulanlar arasında dörd nəfərin vəziyyəti ağır olaraq qalır. Koronavirusa yoluxan xəstələr Özbəkistan Elmi-Tədqiqat Virusologiya İnstitutunun klinikasında müalicə alırlar.
Ölkədə hazırda xəstəxana və ev şəraitində karantində qalanların sayı 28 mindən çoxdur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]
Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib
- 14.10.2026 [16:57]
Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq
- 14.10.2026 [16:52]