Özbəkistanın Konstitusiya günü münasibətilə tədbir keçirilib
Daşkənd, 14 dekabr, AZƏRTAC
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedoqoji Universitetindəki Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzində (AMƏM) Özbəkistanın Konstitusiya günü münasibətilə tədbir keçirilib.
Tədbirdə AMM-nin və dostluq cəmiyyətinin nümayəndələri, universitetin professor-müəllim heyəti, tələbələr iştirak ediblər.
Cəmiyyətin icraçı katibi, universitetin professoru Erkin Nuriddinov Özbəkistanın Konstitusiyası haqqında məlumat verib. Bildirilib ki, Özbəkistanda 130-dan artıq xalq və millət yaşayır, onlar ölkə vətəndaşlarına verilən bütün hüquqlardan istifadə edirlər.
Azərbaycan Respublikasının Özbəkistandakı səfirliyinin birinci katibi, AMM-nin direktoru Samir Abbasov xalqlarımızın dövlətçilik tarixindən söhbət açıb, ölkələrimizin Əsas qanunlarının yaradılması tarixi barədə məlumat verib.
Professor Səadət Məhəmmədova, filologiya elmləri namizədi Gülbahar Aşurova və başqaları ölkələrimiz arasında humanitar sahədə əlaqələrin inkişafından, universitetdəki AMƏM-nin bu istiqamətindəki rolundan danışıblar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.08.2026 [16:33]
Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri
- 09.08.2026 [14:45]
Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
- 08.08.2026 [23:48]
Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir
- 08.08.2026 [21:54]