Pakistan Azərbaycana təşəkkürünü bildirib
Qahirə, 7 fevral, AZƏRTAC
Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi Cammu və Kəşmir məsələsində İslamabadın mövqeyini dəstəklədiyi üçün İslam Əməkdaşlıq Təşkilatına (İƏT) təşəkkürünü bildirib.
AZƏRTAC xəbər verir ki, pakistanlı nazir bu məsələyə dair İƏT-in siyasi bəyanatını həmin bölgədə insan haqlarının pozulmasının qarşısını almaq və problemin sülh yolu ilə həllinə nail olmaq istiqamətində mühüm addım kimi qiymətləndirib. Qureyşi İƏT-in Nyu-Yorkda Cammu və Kəşmir üzrə Kontakt Qrupunun səfirlər səviyyəsində keçirilən iclasına göndərdiyi videomesajda bildirib ki, Hindistan BMT-nin faktaraşdırıcı missiyası və İƏT İnsan Hüquqları Daimi Komissiyasının qətnamələrinə əməl etməlidir.
O, həmçinin İslam ölkələrinin münaqişənin sülh yolu ilə nizama salınmasına verdiyi dəstəyi xüsusi vurğulayıb. Nazir xatırladıb ki, ötən ilin noyabrında Niameydə keçirilmiş İƏT Xarici İşlər Nazirləri Şurasının 47-ci sessiyasında Cammu və Kəşmir probleminin həlli üçün şuraya xüsusi mandat verilib.
Pakistanlı nazir Kontakt Qrupunun üzvləri olan Azərbaycan, Niger, Səudiyyə Ərəbistanı və Türkiyəyə Cammu-Kəşmir probleminin həllində göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Qızıl bahalaşıb, gümüş ucuzlaşıb
- [10:05]
Neft qiymətləri ucuzlaşır
- [10:04]
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
- 23.08.2026 [23:55]
Qazaxıstanda Qurultay seçkiləri: “Ədalət” partiyası 71,8 faiz səs toplayıb
- 23.08.2026 [23:43]
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub VİDEO
- 23.08.2026 [23:15]
Belarus və Şimali Koreya arasında vizasız rejim tətbiq olunacaq
- 23.08.2026 [23:13]
Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanışlıq VİDEO
- 23.08.2026 [22:48]
Premyer Liqa: “Neftçi” 3 xalı darmadağınla qazanıb
- 23.08.2026 [22:41]
Naxçıvanda yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər xəsarət alıb
- 23.08.2026 [22:31]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 qızıl medal qazanıb
- 23.08.2026 [21:31]
Voleybol millisinin kapitanı: Komanda yoldaşlarım əla mübarizə apardılar
- 23.08.2026 [21:29]
Voleybol üzrə Avropa çempionatı: Azərbaycan millisi İspaniyaya qalib gəlib
- 23.08.2026 [20:19]
Bu saata olan əsas xəbərlər
- 23.08.2026 [20:02]
Qazaxıstanda Qurultaya seçkilərdə səsvermə başa çatıb YENİLƏNİB 3
- 23.08.2026 [19:42]
Direktor: MEK Özbəkistanın aparıcı kitabxanaları ilə geniş əməkdaşlıq edir
- 23.08.2026 [18:50]
Azərbaycan Prezidentinin dövlət səfəri Özbəkistan mətbuatında
- 23.08.2026 [18:46]
“Fənərbağça”nın 2 futbolçusu “Lyon”la cavab oyununu buraxacaq
- 23.08.2026 [17:40]
Azərbaycan-Özbəkistan müttəfiqliyi yeni məzmun qazanır ŞƏRH
- 23.08.2026 [16:49]
Manuel Noyer tarixdə ən çox titul qazanan alman futbolçu olub
- 23.08.2026 [15:33]
Azərbaycan-Özbəkistan: təhsildə qardaşlıq körpüsü
- 23.08.2026 [14:46]