Pakistan: Hindistan tərəfindən göndərilən 12 dron vurulub
İslamabad, 8 may, Hilal Əhməd, AZƏRTAC
Pakistan dünən gecədən bəri Hindistan tərəfindən bir neçə istiqamətdə göndərilən 12 dronunu zərərsizləşdirib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Pakistan ordusunun İctimaiyyətlə əlaqələr idarəsinin baş direktoru, general-leytenant Əhməd Şərif Çaudri açıqlamasında bildirib. Hindistanın bir neçə yerə Harop pilotsuz təyyarələri göndərməklə Pakistana qarşı növbəti açıq hərbi təcavüz aktı həyata keçirdiyini vurğulayan Əhməd Şərif Çaudri Pakistan silahlı qüvvələrinin yüksək döyüş hazırlığı və sayıqlıq vəziyyətində olduğunu bildirib.
Bildirilib ki, Hindistanın Pakistana qarşı hava hücumu nəticəsində ölənlərin sayı 31-ə çatıb, 57 nəfər isə raket zərbələri nəticəsində xəsarət alıb.
Əhməd Şərif Çaudri Hindistan qoşunlarının nəzarət xətti boyunca hücumlar təşkil etdiyini, əhalini və mülki şəxsləri hədəf aldığını qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [16:11]
Tailandda şiddətli yağışlar 3 milyondan çox insana ziyan vurub
- 01.10.2026 [15:44]
İzmirdə fabrikdə partlayış olub, 7 nəfər yaralanıb
- 01.10.2026 [15:31]
Bu gündən Almaniyada yanacaq güzəşti qüvvəyə minib
- 01.10.2026 [15:29]
Antibiotik qəbul edərkən şirniyyat yemək olarmı? – araşdırma
- 01.10.2026 [14:46]