Pakistanda daşqın və torpaq sürüşmələri nəticəsində azı 50 nəfər ölüb
Bakı, 7 iyul, AZƏRTAC
Pakistanda son iki həftədə daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 50 nəfər həlak olub, daha 87 nəfər xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə "Dawn" qəzeti fövqəladə hallar idarəsindəki mənbələrə istinadla məlumat yayıb.
Ən çox ölüm hallarının Pəncab əyalətində qeydə alındığı bildirilir. Əyalətdə binaların çökməsi və torpaq sürüşmələri 20-yə yaxın insanın həyatına son qoyub. Ölkənin şimal-qərbindəki Hayber-Paxtunxva əyalətinin Şanqla rayonunda isə 8 yeniyetmə həlak olub. Hazırda xilasedicilər dağıntılar altında qala biləcək uşaqların axtarışını davam etdirir.
Sinoptiklər yaxın günlərdə Pəncab əyalətinin bütün ərazisində musson yağışlarının davam edəcəyi və daşqın təhlükəsi barədə xəbərdarlıq ediblər.
2022-ci ildə Pakistanda musson yağışlarının səbəb olduğu dağıdıcı daşqınlar və torpaq sürüşmələri 1,7 min insanın ölümü ilə nəticələnmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]