Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pakistanın Baş auditoru: Azərbaycan Hesablama Palatası ilə əlaqələrimizi daha da gücləndirməyə çalışacağıq

Bakı, Samirə Quliyeva, 7 avqust, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Pakistan İslam Respublikasının Baş auditoru Muhammad Acmal Qondal Azərbaycanda səfərdədir. Səfər çərçivəsində avqustun 3-də Şuşada Azərbaycan Respublikası Hesablama Palatası və Pakistan İslam Respublikası Baş Auditor Ofisi arasındakı Anlaşma Memorandumu yenilənərək imzalandı. Pakistanın Baş auditoru təmsil etdiyi qurumun fəaliyyəti, Anlaşma Memorandumunun hər iki ölkə üçün əhəmiyyəti, eləcə də Azərbaycanın Hesablama Palatası ilə əməkdaşlıq barədə AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Əvvəlcə Pakistan İslam Respublikasının ali audit orqanının rəhbəri kimi Azərbaycan Respublikası Hesablama Palatasının fəaliyyəti barədə fikirlərinizi bilmək maraqlı olardı.

- Hesablama Palatası Azərbaycanda hesabatlılığın və şəffaflığın təmin olunması üçün vacib tədbirlər həyata keçirir. Pakistan Ali Audit Orqanı (AAQ) Azərbaycanın Hesablama Palatasında həmkar qiymətləndirməsi aparıb. Hesablama Palatasının əməkdaşları geniş biliyə və zəngin təcrübəyə malikdirlər. Azərbaycan Hesablama Palatası Türkiyə və Pakistan AAQ-ından sonra yaranmasına baxmayaraq, böyük uğurlar qazanıb. İnanırıq ki, Azərbaycan, eləcə də digər ölkələrin AAQ-ları ilə əməkdaşlığımız davamlı olacaq. Azərbaycan Hesablama Palatasından bizim üçün yeni olan məlumatlar əldə etdik və özümüz də onları təkmilləşdirməyə çalışacağıq.

- Hesablama Palatası ilə imzalanmış Memorandumdan gözləntiləriniz nələrdir və əməkdaşlığın gələcək istiqamətləri barədə nə deyə bilərsiniz?

- Bildiyimiz kimi, avqustun 3-də Şuşa şəhərində Azərbaycan Respublikası Hesablama Palatası və Pakistan İslam Respublikası Baş Auditor Ofisi arasındakı Anlaşma Memorandumu yenilənərək imzalandı. Sənəd özündə mövcud qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi, eyni zamanda, kənar dövlət maliyyə nəzarəti sahəsində potensialın artırılması istiqamətində birgə fəaliyyətin daha məhsuldar təşkilini ehtiva edir. Biz sənədi Pakistanın hüquq-mühafizə orqanlarına, eyni zamanda, Nazirlər Kabinetinə təqdim edərək onların rəyini almışıq. Son olaraq Baş nazir tərəfindən təsdiq edildikdən sonra sənədi imzalamışıq. Bu, əməkdaşlığımızın nəticəsidir. Ümid edirik ki, Memorandum hər iki AAQ üçün çox faydalı olacaq. Xüsusilə, biz Azərbaycan AAQ-dan bir çox təcrübələri öyrənməyə hazırıq.

Biz, Pakistan Ali Audit Orqanı olaraq Azərbaycan Hesablama Palatası ilə əlaqələrimizi daha çox təlimlər vasitəsilə gücləndirməyə çalışacağıq. Belə ki, Hesablama Palatasının və Pakistan AAQ nümayəndələrinin qarşılıqlı səfərləri nəzərdə tutulur. Bundan başqa, bizim səmərəlilik auditi sahəsində zəngin təcrübəmiz olduğu üçün Azərbaycan Hesablama Palatasına təkliflərimizi verəcəyik, Azərbaycan tərəfdən isə maliyyə auditi sahəsində bilikləri öyrənəcəyik.

- Fəaliyyətiniz barədə bir sıra məqamlar üzərində dayanmaq istərdik. Pakistan İslam Respublikasında auditlərin nəticələri parlamentə ayrıca təqdim edilir və müzakirə olunurmu? Bu proses ölkənizdə necə təşkil olunur?

- Pakistanın audit prosesinə gəldikdə, bildirmək istəyirəm ki, biz hər hansı təşkilatda audit apardıqdan sonra hesabatı həmin quruma təqdim edib müzakirələr aparırıq. Audit hesabatı yekunlaşdıqdan sonra onu Prezident vasitəsilə parlamentə təqdim edirik. Parlament rəhbərliyi isə onu qurumun nəzdində fəaliyyət göstərən Dövlət Büdcə Komitəsinə göndərir. Dövlət Büdcə Komitəsi, Parlament rəhbərliyi, auditor, büdcə komitəsinin üzvləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, Ədliyyə Nazirliyinin iki hesabatlılıq idarəsi müzakirələrdə iştirak edirlər. Hesabatın hər bir maddəsi ayrı-ayrılıqda müzakirəyə çıxarılır. Qərarı isə Dövlət Büdcə Komitəsi verir. Bu qərar cəza, həbs, xidmətin dayandırılması və ya bərpaedilməsi də ola bilər.

- Pakistanda AAQ ilə parlament arasında münasibət necə qurulur?

- Pakistanda AAQ ilə parlament arasında çox səmimi münasibətlər qurulub. Pakistan Konstitusiyasının birinci maddəsində belə bir bənd var ki, ölkədə heç bir qurum Baş auditora müdaxilə və ya təsir edə bilməz. Baş auditor auditin aparılıb-aparılmayacağına, nə vaxt və necə aparılacağına, auditin hansı növünün aparılacağına özü qərar verir. Nə parlament, nə Prezident, nə də Baş nazir Baş auditorun qərarına müdaxilə edə bilməz. Onlar məsləhət verə bilərlər, lakin hər bir halda son qərarı Baş auditor qəbul edir. Hər bir auditin arxasında siyasi qərarlar da dayana bilər. Baş auditor həmin amillərin siyasi motiv daşıdığını hesab edərsə, auditi aparmamaq barədə qərar qəbul edə bilər.

- İl ərzində hüquq-mühafizə orqanlarına neçə material göndərilir və onlar necə izlənilir? Korrupsiya halları ilə qarşılaşırsınızmı və belə hallar baş verdikdə reaksiya necə olur?

- Qeyd etdiyim kimi, hesabat hazır olduqdan sonra Pakistan AAQ onu parlamentin sədrinə və Dövlət Büdcə Komitəsinə göndərir. Pakistanda Baş auditor bu hesabatın hüquq-mühafizə orqanlarına göndərilib-göndərilməyəcəyinə qərar vermir. Sonda qərarı Parlament sədri və Dövlət Büdcə Komitəsi verir. Çünki Pakistan AAQ hesabatı təqdim edən zaman xüsusi qeyd edir ki, burada pozuntu halları və ya araşdırmalı məsələlər var. Araşdırılma aparıldıqdan sonra biz nəticəni Dövlət Büdcə Komitəsi vasitəsilə öyrənirik.

- Auditlərin nəticələri KİV-də müzakirə edilirmi, ekspertlər və müxalifət münasibət bildirirmi?

- Audit hesabatları Pakistan AAQ-ın rəsmi internet səhifəsində yerləşdirilir. Pakistan AAQ Baş naziri, Prezident İdarəsini, parlamenti də audit edir. AAQ hansı qurumlarda audit aparacağı barədə birillik proqram hazırlayır və bu, qurumun veb-saytında yerləşdirilir. Biz bu zaman həm də ictimaiyyətin fikrini öyrənirik. Vətəndaşlar hansı təşkilatda audit aparılması istəyini sərbəst şəkildə ifadə edə bilərlər. Auditin aparıla biləcəyi 6500 təşkilat var ki, onların da siyahısı saytda yerləşdirilib. Lakin hansı təşkilatda hansı növ auditin aparılıb-aparılmayacağı barədə qərarı yekunda Baş auditor qəbul edir.

Qeyd etmək istərdim ki, Pakistanın Dövlət Büdcə Komitəsinin sədri müxalifət partiyasındandır və 25 üzvü var. Onlar parlamentin və senatorun üzvləridirlər. Dövlət Büdcə Komitəsinin əksəriyyətini müxalifət təmsilçiləri təşkil edirlər. Komitənin iclasları açıq keçirilir və hər kəs iclasda hansı mövzuların müzakirə edildiyini və hansı qərarların qəbul olunduğunu növbəti gün kütləvi informasiya vasitələrindən əldə edə bilər.

- Maraqlı müsahibəyə görə təşəkkür edirik.

- Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub