Pakistanın idman jurnalistləri Bakıya səfər ediblər
Bakı, 10 sentyabr, AZƏRTAC
Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) ilə Pakistan İdman Jurnalistləri Federasiyası (PSWF) arasında əldə edilən razılığa əsasən, bu ölkənin qabaqcıl media qurumlarından olan bir qrup jurnalist Bakıda səfərdədir.
AİJA-dan AZƏRTAC-a bildirilib ki, qonaqlar bu gün Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər. Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin xatirəsi də hörmətlə yad olunub.
Pakistanlı jurnalistlər Şəhidlər Xiyabanında uyuyan qəhrəmanlarımızın məzarlarına da tər çiçəklər düzüblər. Daha sonra Bakı ilə tanışlıq olub.