Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pakistanlı ekspert: Azərbaycan-Pakistan tərəfdaşlığı yeni strateji mərhələyə daxil olur

Pakistanlı ekspert:  Azərbaycan-Pakistan tərəfdaşlığı yeni strateji mərhələyə daxil olur

Bakı, 25 noyabr, Aytac Haqverdiyeva, AZƏRTAC

Azərbaycan və Pakistan arasındakı münasibətlər, sadəcə, diplomatik əlaqələrdən ibarət deyil, bu tərəfdaşlıq ortaq mədəni köklərə, dini yaxınlığa və ən əsası, uzun illər boyu davam edən möhkəm siyasi dəstəyə əsaslanır. Pakistanın Qarabağ məsələsindəki prinsipial mövqeyi və Azərbaycanın Kəşmir məsələsinə sarsılmaz dəstəyi bu münasibətlərin qardaşlıq səviyyəsinə yüksəldiyini göstərən ən bariz nümunələrdir. Qarşıdakı illərdə iki ölkə arasındakı əməkdaşlıq daha yüksəksəviyyəli strateji uyğunlaşma ilə yanaşı, dörd əsas istiqamət – rəqəmsal transformasiya, yaşıl enerji və iqlim dayanıqlığı, əlaqələndirmənin genişləndirilməsi və investisiya sinerjisi əsasında daha əməli və iqtisadi baxımdan faydalı tərəfdaşlığa çevriləcək.

Bu sözləri AZƏRTAC-a məxsusi açıqlamasında Dayanıqlı İnkişaf üçün Kəmər və Yol Təşəbbüsünün (BRISD) sədri, pakistanlı ekspert Qaiser Navab deyib.

O qeyd edib ki, iki ölkə arasında ən sürətlə inkişaf edəcək sahə rəqəmsal transformasiya olacaq. Pakistanın “ASAN xidmət” modelini qəbul etməsi qarşıdakı onillik üçün mühüm dönüş nöqtəsidir. Azərbaycan uzun illərdir vətəndaş mərkəzli xidmət idarəçiliyində texnologiyanın tətbiqi ilə qlobal miqyasda liderlik nümayiş etdirir. Bu modelin Pakistanda tətbiqi idarəetmənin şəffaflığı, korrupsiyanın aradan qaldırılması, xidmət proseslərinin sürətlənməsi və ümumi hökumət səmərəliliyinin artırılması üçün fundamental əhəmiyyət daşıyır. Azərbaycanın mütəxəssisləri Pakistan kadrlarının təlimində və ASAN tipli xidmətlərin federal və əyalət səviyyəsində yerləşdirilməsində həlledici rol oynayacaq. Bununla yanaşı, telekommunikasiya və məlumat tranziti sahəsində genişmiqyaslı əməkdaşlıq gözlənilir.

“Əməkdaşlığın digər strateji istiqaməti yaşıl enerji və iqlim dayanıqlığıdır. Azərbaycanın son illərdə həyata keçirdiyi enerji şaxələndirmə siyasəti və “Yaşıl Enerji Zonası” konsepsiyası Pakistan üçün həm model, həm də əməkdaşlıq mənbəyi ola bilər. Pakistanın enerji təhlükəsizliyi və karbon emissiyalarının azaldılması ilə bağlı təcili ehtiyacları nəzərə alınsa, Azərbaycanın bərpaolunan enerji sahəsindəki təcrübəsi və texniki potensialı bu istiqamətdə yeni bir tərəfdaşlıq dövrünün əsasını qura bilər. Genişmiqyaslı Günəş və külək layihələri, yaşıl hidrogen istehsalı və davamlı infrastrukturun qurulması kimi sahələrdə birgə investisiyaların reallaşması gözlənilir. Bakıda keçirilmiş COP29-un irsi də bu əməkdaşlığı daha sistemli və qlobal iqlim siyasətinə uyğun şəkildə yönləndirmək üçün əhəmiyyətli əsas yaradır”, - deyə ekspert vurğulayıb.

Gələcək hədəf iki ölkə arasındakı investisiyaları 2 milyard dollara qədər artırmaqdır

“Azərbaycan-Pakistan münasibətlərinin iqtisadi tərəfi hələ tam istifadə olunmayan böyük potensiala malikdir. Siyasi qardaşlığa baxmayaraq, ikitərəfli ticarət həcmi hazırda istənilən səviyyədə deyil. Gələcək hədəf ticarəti və investisiyaları ən azı 2 milyard dollara qədər artırmaqdır. Bu məqsədlə nəqliyyat və logistika əlaqələrinin təkmilləşdirilməsi xüsusi prioritet olacaq. Birbaşa uçuşlar turizmi canlandırsa da, ticarət və yükdaşımalar üçün yeni dəhlizlərin qurulması qarşıdakı əsas addımlardandır. Pakistan Cənubi Asiya bazarı üçün Azərbaycan məhsullarının tranzit mərkəzinə çevrilə bilər, Azərbaycan isə Pakistan malları üçün Mərkəzi Asiya, Qafqaz və Avropaya çıxış təqdim edə bilər. Ticarətin liberallaşdırılması, gömrük rüsumlarının azaldılması, xüsusilə düyü kimi əsas məhsullar üzrə maneələrin aradan qaldırılması qarşıdakı dövrün mühüm addımları olacaq. Bununla yanaşı, mədən və mineral sektorunda Azərbaycanın sərmayə yatırması üçün geniş imkanlar mövcuddur, Pakistanın zəngin, lakin yetərincə istifadə olunmayan resursları isə bu sahədə böyük perspektiv vəd edir”, - deyə pakistanlı ekspert vurğulayıb.

Qaiser Navab əlavə edib ki, iki ölkə arasındakı strateji tərəfdaşlığın uzunmüddətli davamlılığını təmin edən əsas amillərdən biri isə insanlara, mədəniyyətə və təhsilə əsaslanan əməkdaşlıqların gücləndirilməsidir: “Artıq turizm sahəsində artan maraq bu əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açır. Həm Azərbaycanda, həm də Pakistanda mədəni, tarixi və ekoturizm potensialının qarşılıqlı tanıdılması gələcək turizm axınlarını daha da artıracaq. Təhsil və elmi sahədə əməkdaşlıq isə iki ölkənin gəncləri arasında bilik və mədəniyyət körpüləri yaradacaq. Tələbə mübadilələri, birgə tədqiqat proqramları və elm-təhsil qurumları arasında rəsmi əməkdaşlıqlar intellektual tərəfdaşlığın dərinləşməsinə xidmət edəcək. Azərbaycan və Pakistan üçün qarşıdakı illər yeni strateji mərhələnin başlanğıcıdır. Hər iki ölkənin liderlərinin siyasi iradəsi və qarşılıqlı etibarı sayəsində formalaşdırılan bu qardaşlıq münasibətləri indi real iqtisadi və inkişaf nəticələrinə çevrilməyə hazırdır. Əməkdaşlıq yalnız həmrəylik üzərində deyil, həm də qarşılıqlı rifahı və regional sabitliyi gücləndirən ortaq hədəflər üzərində qurulur. Azərbaycan-Pakistan tərəfdaşlığının gələcəyi yalnız iki ölkəyə deyil, həm də geniş regiona sülh, dayanıqlı inkişaf və iqtisadi inteqrasiya baxımından mühüm töhfə verəcək”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub