PAMBIQ MƏHSULDARLIĞININ AZALACAĞI İSTİSNA OLUNMUR
Bakı, 19 sentyabr (AZƏRTAC). Kənd təsərrüfatı mütəxəssisləri hesab edirlər ki, builki pambıq mövsümündə hava şəraitinin əlverişsiz olması məhsuldarlığı aşağı sala bilər. Avqustda havaların nisbətən soyuq keçməsi nəticəsində temperatur pambığın yetişməsi üçün tələb olunan normadan aşağı düşmüşdür. Bu səbəbdən cari il ağ qızıl nəzərdə tutulan vaxtdan təqribən iyirmi gün gec yetişib. Son 3-4 gündə yağan leysan yağışları isə Qarabağ bölgəsi və aran rayonlarında pambıq istehsalına ziyansız ötüşməyəcəkdir.
Sinoptiklər xəbər verirlər ki, qarşıdakı bir neçə gündə yağış olmayacaq. Lakin bu, heç də tezliklə pambıq yığımının bərpa olunması demək deyildir. Çünki tarlalar həddən artıq islandığından 2-3 gün sahələrə girmək olmaz.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]