İDMAN
“Pantera Asiya” komandası Formula 1-ə qoşulmaqda israrlıdır
Bakı, 4 yanvar, AZƏRTAC
“Pantera Asiya” komandası Formula 1-ə qoşulmaqda israrlıdır.
AZƏRTAC xəbər verir ki, komanda 2020-ci ildə Formula 1-ə qatılmaq istədiyini bildirib. Bu yaxınlarda Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd bin Sulayem yeni komandaların yarışa cəlb olunmasında maraqlı olduqlarını açıqlayıb.
Komandanın rəhbəri Bencamin Duran deyib: “Biz FIA-nın təşəbbüsünü alqışlayırıq, lakin indi konkret tələblərin və prosesin nədən ibarət olacağını başa düşməliyik. Bununla belə, biz Formula1-ə marağımızı bəyan etməyə hazırıq”.
Formula 1-də çıxış etmək istəyən digər namizəd isə ambisiyalarını dəfələrlə bəyan edən “Andretti” komandasıdır.
Qeyd edək ki, Formula 1-də hər biri iki pilotla təmsil olunan 10 komanda mübarizə aparır.