Papa Fransisk tənəffüs dəstəyi olmadan nəfəs almağa başlayıb
Vatikan, 20 mart, AZƏRTAC
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin səhhəti yaxşılaşır, tənəffüs dəstəyi olmadan nəfəs almağa başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
“Pontifik artıq nəfəs almasına kömək edən mexaniki ventilyasiya maskasına ehtiyac duymur. Maskadan istifadənin dayandırılması onu göstərir ki, Fransiskin ağciyərləri indi özbaşına daha yaxşı və daha güclü işləyir. Papa gün ərzində yüksək axınlı oksigen dəstəyindən asılılığını da azaldıb. Pnevmoniya infeksiyası tam aradan qalxmasa da, klinik vəziyyət nəzarət altına alınıb”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, fevralın 14-dən etibarən Romadakı “Gemelli” xəstəxanasına yerləşdirilən 88 yaşlı Fransiskə polimikrob infeksiyası və ikitərəfli pnevmoniya diaqnozu qoyulub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]