Parlament seçkiləri ilə əlaqədar daha üç partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb
Bakı, 15 iyul, AZƏRTAC
Mərkəzi Seçki Komissiyasının iyulun 15-də keçirilən iclasında Milli Məclisə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrin qeydə alınması ilə bağlı Müasir Musavat, Azərbaycan Demokratik Maarifçilik və Müsavat partiyalarının müraciətlərinə baxılıb.
AZƏRTAC xəbər verir ki, iclasda məsələ barədə MSK-nın katibi Arifə Muxtarova məlumat verib.
Məsələ səsverməyə qoyularaq qəbul edilib.