Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin Qlobal Konfransının iştirakçıları Şəhidlər xiyabanını ziyarət ediblər
Bakı, 14 dekabr, AZƏRTAC
Bakıda keçirilən Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin beşinci Qlobal Konfransının iştirakçıları dekabrın 14-də Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüblər.
AZƏRTAC xəbər verir ki, sonra Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.