Paytaxt əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri artıb
Bakı, 12 avqust, AZƏRTAC
2023-cü ilin yanvar-iyun aylarında paytaxt əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,5 faiz artaraq 3 milyard 240,3 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 487,9 milyon manatlıq xidmət göstərilib. Bu, xidmətlərin ümumi dəyərinin 76,8 faizini təşkil edib.
Cari ilin yanvar-iyun aylarında hər bir şəhər sakini orta hesabla 213,8 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 48,1 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:19]
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
- 12.06.2026 [16:58]
Agentlik: Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir
- 12.06.2026 [16:42]