İQTİSADİYYAT
Paytaxtda 21 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət intervalında gecikmələr var
Bakı, 4 avqust, AZƏRTAC
Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 21 müntəzəm marşrut xətti üzrə 77 avtobusun hərəkət intervalında gecikmələr var.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, aşağıdakı istiqamətlər üzrə gecikmələr müşahidə edilir:
1. Bakı-Sumqayıt şosesi - Moskva prospekti - Tbilisi prospekti şəhər istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-18 dəqiqə gecikmə müşahidə olunur.
2. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində, həmçinin əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 14-16 dəqiqə gecikmə müşahidə olunur.
3. Binəqədi şosesi - şəhər istiqamətdə 71, 79, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-17 dəqiqə gecikmə müşahidə olunur.