Pekinə gələn bütün xarici reyslər başqa şəhərlərə yönləndiriləcək
Pekin, 22 mart, AZƏRTAC
Pekinə gələn bütün xarici reyslər martın 23-dən etibarən Çinin digər şəhərlərinin hava limanlarına yönləndiriləcək.
AZƏRTAC xəbər verir ki, Çin Mülki Aviasiya Administrasiyası yeni növ koronavirus (COVID-19) epidemiyası ilə mübarizə tədbirləri çərçivəsində belə qərar qəbul edib. Şanxay, Nankin, Sian, Teincin, Çindao da daxil olmaqla digər 12 şəhərin hava limanında enəcək təyyarələrin sərnişinləri pasport nəzarəti, gömrük prosedurlarını keçdikdən sonra tibbi müayinəyə cəlb olunacaqlar. Karantin yoxlanışını keçən sərnişinlər Pekinə uça biləcəklər.
Qeyd edək ki, son günlər Çinə xaricdən gələn sərnişinlər arasında COVID-19 infeksiyasına 314 yoluxma aşkarlandıqdan sonra Çin hökuməti sərhəd karantin tədbirlərini sərtləşdirib. Paytaxt Pekində xaricdən gələn 97 sərnişində virusa yoluxma aşkarlanıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.05.2026 [23:23]
Nazir: Türkiyə regiona rəqabət deyil, əməkdaşlıq arealı kimi baxır
- 12.05.2026 [23:01]
Tramp Çinə səfərə yola düşüb
- 12.05.2026 [22:20]
Tramp: İranla atəşkəs barədə düşünəcəyik
- 12.05.2026 [20:58]
ABŞ-nin İranla müharibəyə xərcləri 29 milyard dollara yaxınlaşır
- 12.05.2026 [20:46]
IDMC: Öz ölkələrində zorakılıqdan qaçan rekord sayda insan var
- 12.05.2026 [20:09]
Qazaxıstan məktəblərində süni intellekt tətbiq olunacaq
Tramp Çinə səfərə yola düşüb
- [23:01]
Bu saata olan əsas xəbərlər
- [20:00]
WUF13 Festivalı Sumqayıtda
- [17:48]
Naxçıvanda üçəm dünyaya gəlib
- [17:43]