Peruda hava limanı etirazlar səbəbi ilə fəaliyyətini dayandırıb
Bakı, 13 yanvar, AZƏRTAC
Perunun Kusko hava limanı etirazlar səbəbi ilə fəaliyyətini dayandırıb.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat və Rabitə Nazirliyi məlumat yayıb.
"Profilaktik məqsədlər üçün Kusko şəhərindəki hava limanı fəaliyyətini dayandırıb. Bu tədbir insanların sağlamlığının qorunması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirilir", - nazirliyin bəyanatında deyilir.
İkinci gün hökumət əleyhinə etirazçılar Kusko hava limanını ələ keçirməyə çalışırlar. Hələlik polis nümayişçiləri hava limanından uzaqlaşdırmağa nail olub. Qeyd edək ki, 2022-ci il dekabrın 7-də prezident Pedro Kastilyonun hakimiyyətdən uzaqlaşdırılmasından sonra Peruda genişmiqyaslı etirazlar başlayıb. Etirazçılar dövlət başçısı Dina Boluartenin istefasını və yeni seçkilərin keçirilməsini tələb edirlər. Nümayişçilərlə polis arasında baş verən toqquşmalarda 40-dan çox adam həlak olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:10]
İyunun 19-u Ümumdünya Uşaq Futbolu Günüdür
- 19.06.2026 [12:07]
Aİ liderləri Rusiya ilə danışıqlar məsələsində iki düşərgəyə bölünüblər
- 19.06.2026 [11:57]
Kamçatka sahillərində zəlzələ baş verib, sunami təhlükəsi elan olunub
- 19.06.2026 [11:37]
Tokioda ibtidai məktəbdə yanğın baş verib, xəsarət alanlar var
- 19.06.2026 [11:36]
Fransa və Türkiyə müdafiə sahəsində əməkdaşlığı genişləndirir
- 19.06.2026 [10:49]
Avstraliyada yüksək patogenli H5N1 virusuna ilk şübhəli hal aşkarlanıb
- 19.06.2026 [10:33]
Tailandda təhlükəsizlik qüvvələrinə qarşı partlayış törədilib
- 19.06.2026 [09:22]
“Reuters”: ABŞ-İran danışıqları iyunun 19-da baş tutmayacaq
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]
Astarada avtomobil dərəyə aşıb: Ölən və yaralananlar var
- 18.06.2026 [23:02]
Tramp: ABŞ sülhə sadiqdir
- 18.06.2026 [22:52]
AZAL: Hava şəraiti ilə əlaqədar Bakı–Naxçıvan reysləri ləğv edilib
- 18.06.2026 [22:35]
Nigerdə hava limanına hücum nəticəsində 11 təhlükəsizlik əməkdaşı ölüb
- 18.06.2026 [22:30]
Dünya çempionatı: Çexiya və CAR ilk xallarını qazanıb
- 18.06.2026 [22:06]
Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub
- 18.06.2026 [21:42]
İsveç ilə Aİ-nin iqlim hədəfləri arasındakı fərq artır
- 18.06.2026 [21:31]