Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi keçiriləcək
Bakı, 16 iyun, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 18-də peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi (qanunvericilik üzrə) keçiriləcək.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, imtahana qeydiyyat DİM-in internet səhifəsi vasitəsilə aparılıb və imtahan vermək üçün 922 nəfər müraciət edib.
İmtahan saat 10:00-da başlanır. Saat 09:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmır.
Namizəd buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli və özü ilə aşağı qeyd olunan sənədləri gətirməlidir:
- şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu);
- imtahana buraxılış vərəqəsi.
İmtahan 3 saat davam edir və namizədə seçdiyi peşəkar mühasib sertifikat növünə aid qanunvericilik üzrə 40 test tapşırığı təqdim olunur.
Namizədlər imtahana buraxılış vərəqəsini DİM-in saytında müvafiq linkdən çap edə bilərlər. Həmin səhifədə imtahan iştirakçısının “Yaddaş kitabçası” da yerləşdirilib. İmtahan iştirakçılarından kitabça ilə mütləq tanış olmaları xahiş edilir.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 4 binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 4 ümumi imtahan rəhbəri, 11 imtahan rəhbəri, 87 nəzarətçi müəllim, 13 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:20]
BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə
- 10.08.2026 [14:31]
“Abituriyent” jurnalının 4-cü nömrəsi nəşr olunub
- 10.08.2026 [13:16]
Subbakalavrlar üçün “Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub
- 10.08.2026 [13:10]
Yüksək balla AzTU-ya qəbul olunanlar üçün xüsusi təqaüd imkanı
- 10.08.2026 [13:08]