Polad Həşimovun adını daşıyan küçədə abadlıq işləri görülür
Sumqayıt, 16 yanvar, AZƏRTAC
Sumqayıt şəhərində Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun adını daşıyan küçədə abadlıq işləri görülür.
İcra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, abadlıq işləri çərçivəsində küçə boyunca piyada səkilərinə daş döşənir, yaşayış binalarının fasadları yenilənir.
Qeyd edək ki, bir müddət öncə küçəyə asfalt döşənib.