“Polad” komandası “Prezident kuboku” yarışına qələbə ilə başlayıb
Bakı, 16 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə çövkən milli atüstü oyunu üzrə “Prezident kuboku” yarışının birinci gününə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, ilk yarış günündə “Polad” komandası “Sərhədçi-Dilboz”a 1:0 hesabı ilə qalib gəlib, “Sərhədçi-Qarabağ” isə “Buta Qolden”lə heç-heçə edib - 2:2.
Beş komandanın iştirakı ilə təşkil olunan yarışda 12 oyun keçiriləcək.
Dekabrın 18-də, 20-də və 22-də qrup oyunları, ayın 24-də isə final mərhələsi baş tutacaq. Qrup mərhələsi və final oyunları Binə Atçılıq Mərkəzinin qapalı manejində təşkil olunacaq.