Azərbaycan Dövlət İnformasiya Agentliyi

Politoloq: BMT Təhlükəsizlik Şurasındakı müzakirələr Ermənistan diplomatiyasının tam iflasa uğradığını göstərdi

Politoloq: BMT Təhlükəsizlik Şurasındakı müzakirələr Ermənistan diplomatiyasının tam iflasa uğradığını göstərdi

Bakı, 17 avqust, AZƏRTAC

Ermənistan Azərbaycanla münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması üzrə aparılan prosesi pozmaq üçün addımlarını davam etdirir. Normallaşma istiqamətində müəyyən qədər yolun qət edildiyi və regionda sülhün əldə olunması real imkanlar yarandığı bir vaxtda rəsmi İrəvan yenə öz təxribatları ilə gərginlik yaratmaqla məşğuldur. Bir tərəfdən "humanitar böhran", "aclıq" şousu quran Ermənistan, digər tərəfdən Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqla təxribatlarının miqyasını daha da genişləndirməyə çalışır.

Təəssüf ki, bəzi beynəlxalq oyunçular Ermənistanın təxribatlarını, pozuculuq fəaliyyətini, revanşizm siyasətini pisləmək əvəzinə, İrəvan hakimiyyətinin qurduğu tamaşada rol alırlar.

Azərbaycanın sülh prosesi, Qarabağ ermənilərinin reinteqrasiyası ilə bağlı mövqeyi bəllidir. Bu, dəfələrlə ən yüksək səviyyədə açıqlanıb. Rəsmi Bakının qeyd edilən məsələlərdə ortaya qoyduğu mövqe, təklifləri beynəlxalq normalara əsaslanır. "Aclıq", "Tır" şousu kimi pozucu planları ilə istədiyi nəticəni əldə edə bilməyən Ermənistan hakimiyyəti BMT Təhlükəsizlik Şurasına üz tutub və təcili iclasın çağırılmasını tələb edib. İrəvan ilk dəfə deyil ki, Azərbaycana qarşı bu addımı atır. İkinci Qarabağ müharibəsinin gedişində də belə cəhdlər edilib. Amma hər dəfə uğursuzluğa düçar olub. Çünki qeyd etdiyimiz kimi, Azərbaycan bu məsələlərdə tam haqlıdır və beynəlxalq hüquqa zidd olan hansısa addımı atmayıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq İlqar Vəlizadə söyləyib.

Politoloq deyib ki, 2022-ci ilin dekabrında Fransa və Ermənistanın azərbaycanlıların Laçın yolundakı aksiyası ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını çağırmasını xatırladan politoloqun sözlərinə görə, məqsəd müzakirələrin yekunu olaraq Azərbaycana qarşı əvvəlcə bəyanatın, daha sonra isə qətnamənin qəbul edilməsi idi. Lakin bu, baş vermədi. Belə ki, Böyük Britaniya, Rusiya, BƏƏ və Albaniya əvvəldə Fransa tərəfindən hazırlanan bəyanata düzəlişlər etməyi istədilər, sonda bu ölkələrin qəti mövqeyi nəticəsində yekun mətn qəbul olunmadı.

“Ermənistan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsini 30 ilə yaxın yerinə yetirməyən bir ölkədir. İşğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən bu qətnamələr mövcud olduğu halda, BMT TŞ ötən illər ərzində Ermənistandan onların icrasını tələb etmədi. Həmçinin Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı məsələ qaldırmadı. Təəssüf ki, bəzi beynəlxalq qurumlar, o cümlədən BMT TŞ Ermənistanın əlində alətə çevrilib. Ermənistanın BMT Təhlükəsizlik Şurasına müraciəti normallaşma istiqamətində diplomatik səylərə ciddi zərbə vurur”, - deyə İ.Vəlizadə diqqətə çatdırıb.

Politoloq bildirib ki, uzun illər Təhlükəsizlik Şurasının və BMT Baş Assambleyasının qətnamələrinə məhəl qoymayan Ermənistan indi Qarabağ məsələsi ilə bağlı təcili iclasın keçirilməsini tələb edir. Maraqlıdır, Paşinyan hökuməti Təhlükəsizlik Şurasından hansı qərarın olmasına ümid edir? Ən yaxşı halda, media üçün bir açıqlama və ya sədrin mövcud problemlərin dialoq yolu ilə həll edilməsi, Qarabağ ermənilərinin təhlükəsizliyinin və humanitar ehtiyaclarının təmin edilməsi üçün tərəflərə müraciəti ola bilər. Deməli, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son kompromis təklifinə uyğun olaraq, Təhlükəsizlik Şurasına getmədən bütün bunlara nail olmaq mümkün idi. Ermənilər bağladıqları Ağdam-Əsgəran yolunu istifadə etmək üçün açıb, Yevlaxda dialoqa gəlsəydilər, daha yaxşı olardı.

“Hesab edirəm ki, Paşinyan hökuməti İrəvanda seçkilər ərəfəsində seçicilərə Qarabağ erməniləri üçün əllərindən gələni etdiklərini nümayiş etdirməyə çalışır. Laçın postunun girişində düzülmüş humanitar karvan, BMT Təhlükəsizlik Şurasına müraciət də bu planın tərkib hissəsidir. Eyni zamanda, İrəvan Qarabağdakı qeyri-qanuni erməni qüvvələrinin tərk-silah edilməsi üzrə antiterror əməliyyatını təxirə salmaq üçün beynəlxalq ictimaiyyətin diqqətini regiondakı vəziyyətə yönəltməyə çalışır. Xarici siyasətdə Paşinyan və komandasının diplomatik və informasiya hiylələri çətin ki, dividend gətirsin, lakin onlar daxili siyasi məqsədlər üçün işləyə bilərlər. Heç bir, hətta ən səmərəli təşkil edilmiş informasiya səs-küyü Ermənistan-Azərbaycan münasibətlərinin aktual problemlərinin həllində əməli hərəkətləri əvəz edə bilməz”, - deyə politoloq vurğulayıb.

İlqar Vəlizadə qeyd edib ki, Ermənistanın bütün mümkün vasitələrdən Azərbaycanın əleyhinə istifadə etməsi cəhdlərinin sonu uğursuzdur. Vurğulanıb ki, indiyədək əleyhimizə olan bütün cəhdlər uğursuzluqla nəticələnib. Bu dəfə də elə oldu. Müzakirələrin nəticəsi beynəlxalq hüququn, haqq-ədalətin Azərbaycanın tərəfində olduğunu sübut etdi. Bu da təbii ki, Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir.

Politoloq əlavə edib ki, BMT TŞ-dəki müzakirələr Ermənistan diplomatiyasının tam iflasa uğradığını göstərdi. Ermənistanın, erməni diasporu və lobbisinin səyləri bu dəfə nəticəsiz qaldı. BMT tribunasından belə müzakirələrə ehtiyac olmadığı bir daha təsdiq olundu. Revanşist xülyalarla yaşayan ermənilərə başa saldılar ki, məsələ BMT və digər platformalarda deyil, yerində həll olunmalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb