Politoloq Emilbek Juraev: Qarabağın ən qısa zamanda çiçəklənməsini arzulayıram

Bakı, 9 aprel, AZƏRTAC
ADA Universitetində keçirilən beynəlxalq forum çox mühüm hadisədir. Konfrans dünən bizim Qarabağ Universitetinə səfərimizlə başladı. Bu səfər çox təsirli və sevindirici hadisə oldu. Hökumətin Qarabağ regionunda normal həyatın bərpası üçün hansı işlər gördüyünü müşahidə etdik. Orada salınan yeni şəhərlər bizdə çox müsbət təəssürat yaratdı. Mən tarixi Azərbaycan torpağının ən qısa zamanda çiçəklənməsini arzulayıram.
Bunu Bakıda keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumun iştirakçısı, ATƏT-in Bişkekdəki Akademiyasının politoloqu Emilbek Juraev deyib.
“Prezident İlham Əliyevlə çox məhsuldar və səmimi görüşümüz oldu. Prezident heç nədən yayınmadan bütün sualları cavablandırırdı. Konfransda səsləndirilən fikirlərdən o nəticəyə gəlmək olar ki, Prezident İlham Əliyev dünyanın nə ilə üzləşdiyini, həm Azərbaycan, həm də daha geniş region üçün çağırışların və imkanların nədən ibarət olduğunu çox yaxşı anlayır. O, region üçün mühüm rola sahib olan Türk Dövlətləri Təşkilatından da söz açdı”, - deyə politoloq diqqətə çatdırıb.
Azərbaycanın kiçik ölkə olmasına baxmayaraq, çox güclü ambisiyaya və aydın baxışa malik olduğunu bildirən Emilbek Juraev deyib: “Azərbaycan hökumətinin bütün dünya - Avropa, Amerika, Afrika və Asiya ilə geosiyasi çağırışlarla bağlı çox aydın baxışı var. Hesab edirəm ki, bütün bu istiqamətlərdə Azərbaycanın səyləri müttəfiqlər və regiondakı tərəfdaş ölkələr tərəfindən dəstəklənməlidir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Çexiyada qızıl xəzinəsi tapılıb
- [16:54]
Roma Papası dəfn edilib
- [16:38]
Bir yazıçı ömrünün manifesti...
- [09:00]
Sabirabadda yol qəzası olub, piyada ölüb
- 25.04.2025 [23:38]
Ukrayna və Avropanın “sülh planı”nın detalları açıqlanıb
- 25.04.2025 [23:14]
Milli Qəhrəman Albert Aqarunovun anım gününə həsr olunmuş tədbir keçirilib
- 25.04.2025 [22:50]
Zelenski Trampın Krım və NATO ilə bağlı fikirlərinə cavab verib
- 25.04.2025 [21:54]
Bakıda Dayanıqlı Kənd Təsərrüfatı İnvestisiya Forumu keçiriləcək
- 25.04.2025 [21:29]
Milli Depozit Mərkəzi ilə UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb
- 25.04.2025 [21:26]
Ukraynaya qaz alışı üçün 410 milyon avro ayrılır
- 25.04.2025 [21:10]
ADSEA nümayəndə heyəti Naxçıvanda işgüzar səfərdə olub
- 25.04.2025 [21:09]
Milli Məclisin sədri Sahibə Qafarova Vatikana səfərə gəlib - YENİLƏNİB
- 25.04.2025 [21:08]
Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransı başa çatıb
- 25.04.2025 [21:07]