Polşa Almaniyanın təzminatla bağlı danışıqlardan imtina etdiyini bildirib
Bakı, 4 yanvar, AZƏRTAC
Almaniya hökuməti II Dünya müharibəsi zamanı dəyən zərərin ödənilməsinə dair Polşa ilə danışıqlardan imtina edib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu barədə Polşanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Almaniya hökuməti II Dünya müharibəsi zamanı Polşaya dəyən zərərin ödənilməsi məsələsi ilə bağlı danışıqlara başlamaq niyyətində deyil. Lakin hakimiyyət orqanları, 1939-1945-ci illərdə alman işğalı zamanı dəyən zərərin aradan qaldırılması üçün səylərini davam etdirəcək”, - Polşa XİN-in bəyanatında belə deyilir.
Sentyabrın 1-də Polşa hakimiyyəti 1939-1945-ci illərdə faşist Almaniyasının hücumu və işğalı nəticəsində Polşanın verdiyi itkilərə dair üçcildlik hesabat hazırlayıb. Ekspertlər tərəfindən hazırlanan sənədə əsasən, Varşava Berlindən 6,2 trilyon zlotı (1,3-1,5 trilyon dollar) reparasiya tələb edir.
Almaniya hökuməti Varşavanın 1953-cü ildə təzminatdan rəsmən imtina etdiyini əsas gətirərək reparasiya üçün heç bir səbəb görmədiyini bildirib. Varşava isə 1953-cü il müqaviləsinin SSRİ-nin təzyiqi ilə imzalandığını və hazırda mövcud olmayan Polşa Xalq Respublikası və Almaniya Demokratik Respublikasına aid olduğunu iddia edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]