Polşa hərbi xərcləri ÜDM-in 4,7 faizinədək artırmağı planlaşdırır
Bakı, 28 avqust, AZƏRTAC
Polşanın koalisiya hökumətinə daxil olan partiyaların liderləri yeni dövlət büdcəsinin layihəsinə milli ÜDM-in 4,7 faizi həcmində müdafiə xərcləri daxil etməyi qərara alıblar. Bu da 190 milyard zlotı (təxminən 49,3 milyard dollar) təşkil edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə RMF FM radiostansiyası məlumat yayıb. Məlumata görə, təklif edilən büdcə təsdiqlənərsə, Polşa NATO dövlətləri arasında müdafiə xərclərinə görə lider olacaq.
Radiostansiya qeyd edir ki, hökumət müdafiə xərclərinin artması nəticəsində yaranan büdcə kəsirini əhalinin elektrik enerjisi xərclərinə dövlət ödəmələrini ləğv etməklə aradan qaldırmağı planlaşdırır.
Polşanın 2023-cü il büdcəsində hərbi xərclər ÜDM-in 4,1 faizini təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [21:21]
İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb
- 14.10.2026 [21:20]
Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]