Azərbaycan Dövlət İnformasiya Agentliyi

POLŞA PREZİDENTİ LEX KAÇİNSKİNİN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ
ALİ QONAĞIN ŞƏRƏFİNƏ

POLŞA PREZİDENTİ LEX KAÇİNSKİNİN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ ALİ QONAĞIN ŞƏRƏFİNƏ

Bakı, 3 iyul (AZƏRTAC). Xəbər verdiyimiz kimi iyulun 2-də “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Polşa Respublikasının Prezidenti Lex Kaçinskinin şərəfinə rəsmi ziyafət təşkil edilmişdir.

Dövlət başçıları ziyafətdə nitq söyləmişlər.

Azərbaycan Prezidenti İlham ƏLİYEV qonaqları salamlayaraq dedi:

-Hörmətli cənab Prezident!

Hörmətli xanım Kaçinska!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Sizin hamınızı Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz.

Bu gün çox gözəl bir gündür. Polşa Prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində Polşa-Azərbaycan əlaqələrinin inkişafı üçün çox vacib və əhəmiyyətli qərarlar qəbul edilibdir. Əminəm ki, bu qərarlar iki ölkə arasında əlaqələrin inkişafı üçün çox mühüm əhəmiyyət daşıyacaqdır. Çünki, bu gün bir tərəfdən indiyə qədər əldə edilmiş nəticələr və nailiyyətlər müzakirə olundu, eyni zamanda, müştərək gələcəyimizi müəyyən edən çox önəmli sənədlər imzalandı. İlk növbədə siyasi sənədlər, Polşa və Azərbaycan Prezidentlərinin Məşvərət Komitəsinin yaradılması haqqında, eyni zamanda, iki ölkə arasında təhlükəsizlik məsələlərinin həlli üçün vacib sənədlər imzalandı. Enerji sahəsində, şirkətlər arasında vacib sənədlər imzalandı və görülən bütün bu işlər bir daha göstərir ki, bizim münasibətlərimiz nə qədər geniş və çoxşaxəlidir. Bu, həm siyasi məsələləri, həm də iqtisadi, sosial, təhlükəsizlik və enerji təhlükəsizliyi məsələlərini əhatə edir. Əlbəttə ki, bu məsələlərin hamısı diqqət mərkəzindədir. Humanitar sahəyə çox böyük diqqət verilir və bu sahədə bizim çox gözəl müştərək tariximiz vardır.

Əsrlər boyu Polşa xalqının nümayəndələri Azərbaycanda işləmişlər, yaratmışlar, onlar Azərbaycanın inkişafına çox önəmli töhfələr vermişlər. Polyak memarları Bakıda çox gözəl memarlıq abidələri yaratmışlar. Bu gün bu abidələr Bakını gözəlləşdirir. Onların hamısı bərpa və təmir olunur. Gələcəkdə bu gözəl tarixi binaların təmirində Polşadan gələn mütəxəssislər də iştirak edəcəklər. Eyni zamanda, cənab Prezident, yaxşı xatırlayıram ki, 2005-ci ildə mən Polşada səfərdə olarkən, Sizinlə bərabər, - Siz o vaxt Varşavanın meri idiniz, - Varşava Üsyanı Muzeyinin həyətində Polşa uğrunda vuruşmuş Azərbaycan zabitlərinin xatirə lövhəsini bərabər açmışdıq. Yəni, bu tarix bizim bugünkü və gələcək münasibətlərimiz üçün çox gözəl bir əsasdır. Bizim ölkələr arasında münasibətlər çox dinamik və intensiv xarakter daşıyır. Bizim qarşılıqlı səfərlərimizin sayı bunun ən gözəl göstəricisidir. Siz Azərbaycana beş dəfə səfər etmisiniz. Mən Polşaya beş dəfə səfər etmişəm. Bundan başqa, müxtəlif beynəlxalq tədbirlərdə biz dəfələrlə Sizinlə birlikdə olmuşuq, məsələləri müzakirə etmişik və beləliklə, iki ölkə arasında əlaqələr bu gün çox yüksək səviyyədədir.

Mən birgə hökumətlərarası komissiyanın fəaliyyətini çox yüksək qiymətləndirirəm. Komissiya əməli məsələlərlə məşğuldur. Təkcə iqtisadi, siyasi, energetika sahələrində deyil, eyni zamanda, başqa sahələrdə, iqtisadiyyatın digər sahələrində çox gözəl perspektivlər vardır. O ki qaldı enerji məsələlərinin həllinə, heç kimə sirr deyil ki, “Krakov təşəbbüsü” məhz Sizin tərəfinizdən irəli sürülmüşdür və enerji məsələlərinə dair bir sıra zirvə görüşləri keçirilmişdir. Sonuncu dəfə ötən ilin noyabr ayında keçirilən Bakı Enerji Sammitinin qərarları bu gün də aktualdır və gələcək enerji əməkdaşlığının dərinləşməsi üçün o qərarların çox vacib əhəmiyyəti vardır.

Bu gün energetika sahəsində imzalanmış müqavilə əminəm ki, əməkdaşlığın gələcəkdə daha da dərinləşməsinə xidmət göstərəcəkdir. Azərbaycan çox zəngin neft-qaz yataqlarına malikdir və bu gün Odessa-Brodı-Qdansk neft kəmərinin tikintisi, fəaliyyətə başlaması məsələləri çox böyük əhəmiyyət daşıyır.

Biz Sizinlə bərabər bu sahədə çox böyük işlər görmüşük. Ümid edirəm ki, gələcəkdə layihənin reallaşması üçün bütün iştirakçı ölkələr eyni dərəcədə səylər göstərəcəklər. Mən keçən dəfə Polşaya səfərimdə Sizinlə bərabər Qdansk şəhərində olmuşdum. Biz həm şəhərlə tanış olduq, həm də eyni zamanda, Xəzər dənizi-Qara dəniz-Baltik dənizi enerji dəhlizinin gələcəyi haqqında fikir mübadiləsi apardıq. Bu dəhliz təkcə enerji daşıyıcıları üçün deyil, eyni zamanda, gələcəkdə çox etibarlı nəqliyyat dəhlizinə çevrilməlidir. Bu, əslində üç dənizin birləşməsi, bu bölgələrin birləşməsi, geniş mənada regional əməkdaşlığın dərinləşməsi deməkdir. Bütün bu işlərdə Polşa-Azərbaycan münasibətlərinin xüsusi əhəmiyyəti vardır. Çünki biz Xəzər hövzəsində, siz Baltik dənizi hövzəsində iki bölgənin birləşməsi üçün əməli işlər görürük.

Bu gün mən qeyd etdim, bir daha demək istəyirəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin genişlənməsi işində Polşanın çox böyük rolu vardır. Polşa müxtəlif təşəbbüslərlə çıxış etmişdir və bu təşəbbüslər bu gün reallığa çevrilir. “Şərq tərəfdaşlığı” proqramının başlanması hesab edirəm ki, çox vacib və tarixi bir məsələdir. Postsovet məkanında yerləşən ölkələr ilk dəfə olaraq Avropa İttifaqı ilə çox konkret proqram çərçivəsində birgə fəaliyyət göstərəcəkdir. Biz çox istərdik ki, “Şərq tərəfdaşlığı” proqramının konkret real nəticələri olsun, proqramın icrası nəticəsində Azərbaycan Avropa İttifaqı ilə daha da sıx əməkdaşlıq edə bilsin.

Bütün məsələlərdə, bu gün müzakirə etdiyimiz çox geniş gündəlikdə bizim mövqeyimiz üst-üstə düşür. Mən Polşa-Azərbaycan münasibətlərinin gələcəyinə də çox böyük ümidlərlə və böyük nikbinliklə baxıram. Polşa bizim üçün dost, tərəfdaş ölkədir və Sizin simanızda Azərbaycan Polşa kimi çox böyük dost qazanıbdır. Sizin fəaliyyətiniz Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilir və Azərbaycan dövləti Sizin fəaliyyətinizə çox yüksək qiymət verir. Məhz bunun nəticəsidir ki, bu gün Siz ölkəmizin ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edilmisiniz. Bu münasibətlə mən Sizi bir daha ürəkdən təbrik edirəm.

Bu badəni, cənab Prezident, Sizin sağlığınıza, xanım Kaçinskanın sağlığına, Polşa-Azərbaycan əlaqələrinin inkişafının şərəfinə qaldırıram.

X X X

Polşa Prezidenti Lex KAÇİNSKİ təşəkkür edərək dedi:

-Hörmətli cənab Prezident!

Hörmətli Mehriban xanım!

Cənab spiker!

Hörmətli dostlar!

Bu, mənim burada - Azərbaycanın paytaxtında, Bakıda söylədiyim birinci nitq deyil. İcazə verin mən elə cənab Prezidentin nitqində söylədiyi fikirlərdən başlayım. Cənab Prezident Polşanın memarları haqqında danışdı və xidmətlərini qeyd etdi. Vaxtilə Varşava Üsyanında iştirak etmiş azərbaycanlıların da xidmətlərini qeyd etdi. Eyni zamanda, cənab Prezident bildirdi ki, bərpa layihələrində Polşanın memarları iştirak edə bilər.

Bilirsiniz, Sizin böyük ədəbiyyatınız Azərbaycana ilk səfərim zamanı mənə böyük təəssürat bağışladı və qeyd etmək istəyirəm ki, eyni zamanda, Azərbaycan ədibləri Polşanın ədəbiyyat tarixində də xüsusi yer tutmuşlar, öz romanları ilə yadda qalmışlar.

Polşanın çox məşhur ədibi Sezara Bareka Azərbaycanda - Bakıda anadan olmuşdur. Onun yazdığı hekayələr hətta orta məktəbdə bütün şagirdlərə məlum olan əsərlərdir. Polşa bu ədibi ilə böyük fərəh hissi duyur və onun yazdığı əsərləri inqilab dövrünə aid edirik. O vaxtlar Azərbaycan da müstəqilliyini əldə etmişdi. Əfsuslar olsun ki, həmin müstəqillik iki il çəkdi. 70 ildən sonra Azərbaycan yenidən uğur qazandı, öz müstəqilliyini bərpa etdi. Biz Sizin bu nailiyyətinizə, Azərbaycanın müstəqilliyini möhkəmləndirən fəaliyyətinizə, uğurlarınıza çox vurğunuq.

Eyni zamanda, qeyd etmək istəyirik ki, xalqlarımız tarixən bir yerdə olmuşlar. Biz hazırda elə bir konsepsiyanı formalaşdırmalıyıq ki, - mən bu gün o konsepsiya haqqında dəfələrlə danışdım, - bu konsepsiya nəinki Azərbaycan-Polşa xalqlarının maraqlarına, o cümlədən sizin Avropa İttifaqı ilə, ümumiyyətlə, dünya miqyasında maraqlarınızın təmin edilməsinə xidmət etsin.

Polşa Prezidenti Lex Kaçinski ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını söylədi və bildirdi ki, Azərbaycanın enerji təhlükəsizliyi sahəsindəki fəaliyyəti və nailiyyətləri yüksək qiymətləndirilir. Dövlət başçısı dedi ki, Azərbaycanın enerji resursları həm ölkəmizin, həm də Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Lex Kaçinski Xəzər dənizi, Qara dəniz və Baltik dənizi regionlarının əməkdaşlığının da əhəmiyyətini vurğuladı.

“Bu gün bütün dünyaya sülh lazımdır. Kiçik münaqişələr hər zaman təhlükə mənbəyidir və bu münaqişələrə son qoyulmalıdır”, - deyən Polşanın dövlət başçısı bildirdi ki, xalqlar arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanmalıdır.

Polşa Prezidenti ölkələrimizin humanitar sahədə, xüsusilə də səhiyyə və mədəniyyət sahələrində sıx əməkdaşlığının vacib olduğunu, ölkəsinin Azərbaycan ilə əlaqələrə böyük önəm verdiyini və Polşa-Azərbaycan münasibətlərindən fəxr hissi keçirdiyini diqqətə çatdırdı.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub