Premyer Liqa: "Neftçi" səfərdə "Kəpəz"ə uduzub
Bakı, 6 avqust, AZƏRTAC
Azərbaycan Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, "Neftçi" səfərdə "Kəpəz"in qonağı olub. Gəncə şəhər stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 44-cü dəqiqədə penaltidən Mate Kvirkviya vurub.
Bu qələbədən sonra ilk xallarını qazanan "sarı-göylər" 3-cü pillədə qərarlaşıb. Xalı olmayan "ağ-qaralar" isə 8-cidir.
Tura saat 20:00-da başlayacaq "Sabah" - "Qəbələ" matçı ilə yekun vurulacaq.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" "Araz-Naxçıvan"ı 3:0, "Sumqayıt" "Səbail"i 4:1, "Zirə" isə "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [22:01]
Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub
- 13.06.2026 [20:36]
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [18:33]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]