Premyer Liqa: “Zirə” “Araz-Naxçıvan”a qalib gəlib
Bakı, 27 fevral, AZƏRTAC
Futbol üzrə Misli Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, günün ikinci matçında "Araz-Naxçıvan" “Liv Bona Dea Arena”da "Zirə”ni qəbul edib. Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 67-ci dəqiqədə Ayron Qomis vurub.
Bu nəticədən sonra xallarını 38-ə çatdıran “Zirə” 4-cü pillədə qərarlaşıb. “Araz-Naxçıvan” isə 33 xalla 5-ci sırada qalıb.
Qeyd edək ki, XXII turun açılış oyununda “Kəpəz” “Sumqayıt”a 3 cavabsız qolla qalib gəlib. Turun növbəti oyunları fevralın 28-də və martın 1-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [22:00]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [21:44]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [20:40]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [18:30]
Serbiyanın idman naziri Azərbaycana gəlib
- 08.06.2026 [18:28]
Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm
- 08.06.2026 [18:06]
“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib
- 08.06.2026 [18:03]