Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyevin nəqliyyat diplomatiyası Azərbaycanın C5 məşvərət formatında iştirakı kontekstində - ŞƏRH

Prezident İlham Əliyevin nəqliyyat diplomatiyası Azərbaycanın C5 məşvərət formatında iştirakı kontekstində -  ŞƏRH

Bakı, 19 noyabr, AZƏRTAC

Ermənistan güc tətbiqi və deportasiya siyasəti ilə regionun demoqrafik xəritəsini dəyişmək üçün səylər göstərəndə, hərbi vasitələrlə, təcavüzkar müharibə ilə regionda beynəlxalq sərhədləri dəyişməyə cəhd edəndə Azərbaycan tam fərqli siyasət yürüdürdü. Ölkəmiz regionun və Avrasiyanın enerji, nəqliyyat-tranzit xəritəsinin yenidən tərtibi üçün öz resursları hesabına uğurlu enerji və nəqliyyat diplomatiyası həyata keçirirdi. Azərbaycan Prezidenti İlham Əliyevin hələ 15 il əvvəl əsasını qoyduğu bu uzaqgörən siyasət işğala son qoyulduqdan sonra, yeni reallıqda yeni siyasi və iqtisadi əməkdaşlıq imkanlarının yarandığı bir şəraitdə öz bəhrəsini verir. On dörd ölkəni təbii qazla təchiz edən Azərbaycanın dünyada boru xəttləri ilə ən böyük təchizat şəbəkəsini yaratması Prezident İlham Əliyevin uğurlu enerji diplomatiyasının bariz nümunələrindəndir.

Azərbaycan malik olduğu çox vacib siyasi, iqtisadi və nəqliyyat imkanları ilə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakçı hüququ qazandı. Bu strategiyanın əsasında Azərbaycanın yaratdığı yeni siyasi reallığın üstünlüklərini özündə birləşdirən və Cənubi Qafqaz regionunun coğrafiyasını aşan əməkdaşlıqda Mərkəzi Asiya dövlətləri ilə hərtərəfli əlaqələri daha da intensivləşdirmək siyasəti yer alır.

Mərkəzi Asiya dövlətlərinin Avropa və dünya bazarlarına çıxmasında mühüm strateji əhəmiyyətə malik və Orta Dəhlizin vacib seqmenti olacaq Zəngəzur dəhlizinin 2028-ci ildə istifadəyə verilməsi ilə yeni imkanlar açılacaq və münasibətlər daha da intensivləşəcək. Azərbaycanın yeni formata qoşulması Xəzər hövzəsinin şərqinə - Mərkəzi Asiya məkanına çıxışı, həmçinin Çinlə əməkdaşlığımızın möhkəmləndirilməsi üçün olduqca vacibdir.

Zəngəzur dəhlizi, həmçinin türk dövlətlərinin iqtisadi, ticarət əlaqələrinin intesivləşdirilməsi, nəqliyyat-tranzit imkanlarının birləşdirilməsi deməkdir. Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxışında vurğuladığı kimi, “Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir. İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəmir yolu Orta Dəhlizin əsas arteriyasına çevriləcək”.

Azərbaycanda yaradılan infrastruktur, nəqliyyat və tranzit üçün inşa edilən avtomobil və dəmir yolları, neft, qaz, eləcə də yaşıl enerji sahəsində həyata keçirilən layihələr Azərbaycanı Mərkəzi Asiya dövlətləri üçün müxtəlif sahələrdə vacib və etibarlı tərəfdaşa çevirib. Məsələn, Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi qlobal bazarlara yaşıl enerjinin birgə ixracı üçün böyük perspektivlər açır. “Rəqəmsal İpək Yolu” layihəsinin tərkibi kimi Xəzər dənizinin dibi ilə fiber-optik kabel şəbəkəsinin çəkilməsi yeni və müasir bir sahədə uzunmüddətli əməkdaşlıq üçün imkanlar açır.

C5+1 formatında Mərkəzi Asiya-ABŞ əməkdaşlığı və Azərbaycan

C5+1 formatının 10-cu ildönümünü qeyd etmək məqsədilə Vaşinqtonda səfərdə olan Mərkəzi Asiyanın beş ölkəsinin prezidentləri noyabrın 7-də ABŞ-la Zirvə Görüşündən sonra iki mühüm sənəd - İqtisadi sahədə niyyətə dair Birgə Bəyanat və Mədəni irs sahəsində niyyətə dair Birgə Bəyanat imzaladılar. Həmçinin ABŞ və hər bir dövlət arasında ayrılıqda ikitərəfli Məlumat arayışı (fact sheet) imzalandı və orada ikitərəfli əməkdaşlığın ümumi konturları, faktlar yer aldı.

Amerikalı ekspertlər bu sənədləri, orada yer alan əməkdaşlıq perspektivlərini “C5+1 platformasının, genişmiqyaslı çoxtərəfli diplomatiya platformasından iqtisadi sahəyə yönəlmiş formata” keçid kimi dəyərləndirdilər.

İqtisadi sahədə niyyətə dair Birgə Bəyanat üç strateji vacib sahədə əməkdaşlığı təsbit edir və bu sahələrdən biri sənədə “Trans-Xəzər ticarət marşrutu və bağlantı” başlığı altında daxil olunub.

Bu sənəddə Trans-Xəzər və TRIPP marşrutlarının əhəmiyyətinin vurğulanması ABŞ hökumətinin regiona yönəlik uzunmüddətli strateji maraqlarından xəbər verir. Bu qarşılıqlı marağı və əməkdaşlıq strategiyasını C5+1 liderləri Birgə Bəyanatın mətnində bu formada ifadə etdilər: “C5+1 ölkələrinin və dünyanın mənafeyi naminə yükün, məlumatın və enerjinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə Trans-Xəzər Ticarət Marşrutunun (başqa adı ilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) potensialını tam şəkildə inkişaf etdirməklə və onu Trumpın Beynəlxalq Sülh və Rifah naminə Marşrutu (TRIPP) ilə əlaqələndirməklə təchizat zəncirinin bağlantısını və dayanıqlılığını gücləndirmək”.

Həmçinin Birgə Bəyanatın Ticarət, investisiyalar və kritik minerallar bölməsində qeyd olunub ki, Orta Dəhlizin və onun vacib seqmenti Zəngəzur dəhlizi/TRIPP marşrutunun uzunmüddətli və dayanıqlı fəaliyyətinin əsasını təşkil edən kritik vacib mineralların istehsalı və tədarükü sahəsində əməkdaşlığa dair dialoq təsis olunur.

“Krikit minerallar dialoqu”nun hədəfi C5+1 formatında ticarət və investisiyalar sahəsində əməkdaşlığın intensivləşdirilməsi niyyəti ilə vacib nadir metalların işlənməsi və Mərkəzi Asiyadan ABŞ-a ixracı sahəsində əməkdaşlığın sistemləşdirilməsidir. ABŞ bununla Çindən asılılığın azaldılması və mənbələrin şaxələndirilməsi siyasətini reallaşdırmağı planlaşdırır.

Qırğızıstan Prezidenti Sadır Japarov bununla bağlı deyib: “Əminəm ki, qardaş Azərbaycanın iştirakı ilə formatımızın genişləndirilməsi Mərkəzi Asiyanın qarşısında xüsusilə beynəlxalq tranzit, logistika və energetika sahələrində yeni imkanlar, geniş əməkdaşlıq üfüqləri açacaq.

Azərbaycan Prezidenti İlham Əliyev əminlik ifadə edib ki, bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalar beynəlxalq daşımalar üçün tranzit imkanların genişləndirilməsinə töhfə verəcək.

Ölkəmizin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı hüququ alması tarixi və coğrafi amillər baxımından vahid olan geosiyasi məkandakı dövlətlərin fəaliyyətlərinin əlaqələndirilməsi üçün yeni platformanın yaradılması deməkdir. Bu, Azərbaycanın xarici siyasət kursunda, çoxtərəfli diplomatik müstəvidə Prezident İlham Əliyevin strateji baxışlarına uyğun atılan növbəti uğurlu addımdır. Azərbaycan Prezidentinin Daşkənd görüşündə dediyi kimi: “Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur”.

Azərbaycanın yeni formata qoşulması mövcud siyasi, iqtisadi, enerji və nəqliyyat potensialından daha optimal formada və dinamik şəkildə istifadə imkanları yaradır. Regional problemlərin həllində ümumi yanaşmaların işlənib hazırlanmasında yeni format müəyyən funksiyaya malik olacaq. Eləcə də qlobal çağırışlar fonunda oxşar və eyni mövqenin işlənib hazırlanması, mövqelərimizin əlaqələndirilməsi baxımından yeni formatda əməkdaşlıq ölkələrimizi daha da yaxınlaşdıracaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib