Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Bakıda “Diamed” dərman istehsalı zavodunun açılışında iştirak edib VİDEO

Bakı, 15 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Pirallahı rayonunda “Diamed” dərman istehsalı zavodunun açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Diamed Development Group” MMC-nin təsisçisi Aytən Quliyeva dövlətimizin başçısına görülən işlər barədə məlumat verdilər.

Layihənin əhəmiyyəti barədə videoçarx nümayiş olundu.

Qeyd edək ki, qeyri-neft iqtisadiyyatının inkişafı və sənayeləşmə Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir. Bu baxımdan iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi əhəmiyyət verilir, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli tədbirlər həyata keçirilir.

Ölkəmizdə sənayeləşmə siyasətinə uyğun olaraq ixtisaslaşmış sənaye parkları və sənaye məhəllələri yaradılır. Hazırda ölkəmizdə 7 sənaye parkı (Sumqayıt Kimya, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları) və 5 sənaye məhəlləsi (Hacıqabul, Masallı, Neftçala, Sabirabad və Şərur sənaye məhəllələri) mövcuddur. Sənaye parkları və məhəllələrdə sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya mühiti yaradılıb.

Sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular isə ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar. İndiyədək sənaye zonalarında 134 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 68-i fəaliyyətə başlayıb. Sahibkarlar tərəfindən bu günədək sənaye zonalarına 6,56 milyard manatdan çox investisiya yatırılıb və 10 min 600-dən çox daimi iş yeri yaradılıb.

Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə əczaçılıq məhsullarının istehsalı sahəsində ixtisaslaşmış Pirallahı Sənaye Parkı da yaradılıb. Bu günədək parkda 6 müəssisə rezident kimi qeydiyyatdan keçib. Onlardan “R-Pharm” MMC və “Diamed Co” MMC artıq fəaliyyətə başlayıb. Rezidentlər tərəfindən 36,6 milyon manatdan çox investisiya yatırılıb, 130-dan çox iş yeri yaradılıb. Növbəti mərhələdə 30 milyon manat investisiyanın qoyulması və daha 250-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur. Bu sənaye parkının rezidentləri tərəfindən indiyədək 37 milyon manatlıq məhsul istehsal olunub.

Ölkəmizdə müasir sənaye müəssisələrinin, yeni istehsal sahələrinin yaradılması nəticəsində daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır, ixrac imkanları genişlənir. Belə müəssisələrdən biri də “Diamed Development Group” MMC-nin Pirallahı rayonunda yaradılan dərman zavodudur. Bir hektar ərazisi olan zavod 3 min kvadratmetr qapalı sahədən ibarətdir.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2006-cı ildə fəaliyyətə başlayan “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasının əsas məqsədi mövcud və yeni kommersiya müəssisələrinə yerli və xarici investorlar cəlb etməklə və öz vəsaiti hesabına müddətli investisiya qoyuluşları vasitəsilə ölkəmizdə iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Şirkətin fəaliyyətinin əsas prioritetləri birbaşa investisiyalar və yeni texnologiyaların Azərbaycana cəlb edilməsi üzrə katalizator olmaq, ölkəmizdə qeyri-neft sektorunun inkişafına töhfə vermək, habelə iqtisadiyyatın şaxələndirilməsi və idxalı əvəzləyən proseslərə dəstək verməkdir. Şirkət fəaliyyəti dövründə 27 layihəyə 224 milyon dollar investisiya yatırıb. Bu layihələrin 11-i xarici tərəfdaşlarla birgə icra olunub.

“Azərbaycan İnvestisiya Şirkəti” ASC bu dərman zavodunun tikintisinin maliyyələşdirilməsində də iştirak edib. Ümumi dəyəri 15,6 milyon manatdan çox olan “Diamed” dərman zavodunda “Azərbaycan İnvestisiya Şirkəti”nin payı 20 faizdir.

Bu müəssisəyə dövlət tərəfindən digər dəstək tədbirləri də göstərilib. Belə ki, layihənin reallaşması üçün İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 6 milyon manat güzəştli kredit verilib. Sahibkarlığın inkişafına digər bir dövlət dəstəyi çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş investisiya təşviqi sənədi sayəsində müəssisə idxal etdiyi avadanlıqlara görə 1,3 milyon manat güzəşt əldə edib.

Prezident İlham Əliyev zavodu işə saldı.

İstehsal prosesi ilə yaxından tanış olan dövlətimizin başçısına məlumat verildi ki, zavodda müxtəlif adlarda, geniş çeşiddə (NaCl 0,9 faiz; Ringer; Ringer laktat; Qlükoza və s.) və müxtəlif həcmlərdə (100 ml, 200 ml, 250 ml, 400 ml, 500 ml) həyati vacib və zəruri venadaxili dərman məhlulları istehsal olunacaq. Müəssisənin illik istehsal gücü 20 milyon litrdir. Qeyd olundu ki, ölkəmizin bu dərmanlara olan illik tələbatı isə təxminən 15 milyon litrdir. Beləliklə, müəssisədə istehsal edilən məhsulların yerli bazarın tələbatını ödəməsi ilə yanaşı, Rusiya, Gürcüstan və Orta Asiya ölkələrinə ixracı da nəzərdə tutulur.

“Diamed” dərman zavodunda 100 iş yeri yaradılıb. Müəssisənin layihəsi İsveçrə şirkəti tərəfindən Qabaqcıl İstehsal Təcrübəsinə (GMP), istehsal xətti isə Avropa Farmakopeyasına uyğun olaraq hazırlanıb. Yüksək texnologiya və tam qapalı sistemlə təchiz edilmiş zavodun istehsal avadanlıqları İtaliya, ABŞ, Almaniya, İsrail kimi ölkələrdən alınıb. İstehsal olunan məhsullar zavoda məxsus müasir laboratoriyada Avropa Farmakopeyasının tələblərinə uyğun mütəmadi olaraq yoxlanılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Bakıda “Diamed” dərman istehsalı zavodunun açılışında iştirak edib VİDEO

Yusuf Tekinay: QHT-lər dövlətlərarası münasibətləri xalqlar arasında dostluğa çevirən əsas platformalardır

Orazgül İsgəndərova: Gənclər sosial və ekoloji dəyişikliklərin əsas aparıcı qüvvəsidir

Ərdoğan: Qazaxıstan neftinin BTC boru kəməri ilə nəqlinə dair əldə olunmuş razılaşma çox mühümdür

Zarina Mirabdullayeva: Könüllülük cəmiyyətlərin həmrəyliyini gücləndirir

Javoxir Muxitdinov: Gənclərin qərarvermə prosesində iştirakı dövlətin gələcəyi üçün vacibdir

Ersin Güzel: Türk dünyasının bir-birindən başqa dayağı yoxdur

Azərbaycan gimnastları “AGF Trophy” beynəlxalq turnirində növbəti medallarını qazanıblar

Xocalı və Ağdərəyə qayıdan 43 ailəyə mənzillərin açarları təqdim olunub - YENİLƏNİB

Okyay Sadıkoğlu: Türk birliyinə inanan və onu dəstəkləyənlər olaraq Azərbaycanın bu istiqamətdə təşəbbüslərini təqdir edirik

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu - 2026”da təmsil olunur VİDEO

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu - 2026”da təmsil olunur VİDEO

Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər həlak olub

Quba yerli və xarici qonaqları qarşılamağa hazırdır - Qəçrəşdən reportaj

Pakistanın Pəncab əyalətinin Baş naziri Azərbaycana səfərə gəlib

Məleykə Tağızadə: Gənclər şəhərlərin gələcəyinin həmmüəllifidir

16 May - Beynəlxalq İşıq Günüdür

WUF13-də yüksəksəviyyəli nümayəndələrin tədbirdə iştirakı və səfərləri ilə bağlı brifinq təşkil olunub

Azərbaycan velosipedçiləri Astanada keçirilən “Silk Way Series” beynəlxalq yarışında iştirak edir

Azərbaycan rəssamlarının əsərləri Çində nümayiş olunacaq

Qlazqo Universitetində təhsil alan azərbaycanlı: İdman təhsilini yeni imkanların qapısını açan bir “açar” kimi görürəm - MÜSAHİBƏ

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin forumu çərçivəsində panel müzakirələri keçirilib

Rizvan Nəbiyev: Türk Dövlətləri Təşkilatı Azərbaycanın sədrliyi dövründə beynəlxalq mövqelərini gücləndirir

Çinli ekspert: WUF13-ə ev sahibliyi Azərbaycanın beynəlxalq öhdəliyini və məsuliyyətini nümayiş etdirir - EKSKLÜZİV

Şükürbəyli kəndində daha 18 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB 2 VİDEO

Şükürbəyli kəndində daha 18 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB 2 VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

İsmayıllı-Lahıc yolunda baş verən qaya sürüşməsinin nəticələri aradan qaldırılıb YENİLƏNİB 2

Azərbaycan voleybol millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb

® Sürücülərin nəzərinə: Nəqliyyat sahəsi üzrə bu xidmətlərə artıq “mygov”dan müraciət etmək mümkündür

Banu Nurqaziyeva: Türk dünyasını ortaq dəyərlər və həmrəylik birləşdirir

Baş nazirin müavini Samir Şərifov Səudiyyə Ərəbistanının nümayəndə heyəti ilə görüşüb

Şəhid və qazi övladları “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda olublar VİDEO

Şəhid və qazi övladları “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda olublar VİDEO

Joze Mourinyonun “Real Madrid”lə imzalayacağı müqavilənin bəzi detalları açıqlanıb

Azərbaycanın Müstəqillik Günü Osloda qeyd edilib

Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib VİDEO

Ordubadlı məzun ölkə birincisi oldu: 300 bala gedən uğur yolu

Azər Allahverənov: Türk dünyasının QHT platforması özünü təsdiqləyib

Tunis millisinin 2026-cı il dünya çempionatı üçün heyəti açıqlanıb

WUF13-lə əlaqədar olaraq FHN-də qərargah və işçi qruplar yaradılıb, Tədbirlər Planı hazırlanıb

WUF13-də iştirak üçün 40 mindən çox şəxs qeydiyyatdan keçib

Şamil Ayrım: WUF13 müasir Azərbaycanın şəhərsalma modelini nümayiş etdirmək üçün imkandır

TÜRKPA Baş katibinin müavini: Türk dünyası artıq ortaq strateji hədəflər ətrafında birləşə bilir

Vüsal Qasımlı: 2035-ci ilə qədər Qarabağ və Şərqi Zəngəzurda 200-ə yaxın şəhər, kənd və qəsəbə bərpa olunacaq VİDEO

Vüsal Qasımlı: 2035-ci ilə qədər Qarabağ və Şərqi Zəngəzurda 200-ə yaxın şəhər, kənd və qəsəbə bərpa olunacaq VİDEO

Silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçirilib

Dünya Seriyası: "Neftçi" basketbol komandası ilk oyununa çıxıb

Bu saata olan əsas xəbərlər

Xalq yazıçısı Elçinin xatirəsinə həsr edilmiş "Baş" tamaşası nümayiş olunub

Aygün Attar: Prezident İlham Əliyev Türküstanda dünya siyasətinə yön verən mesajlar səsləndirib VİDEO

Aygün Attar: Prezident İlham Əliyev Türküstanda dünya siyasətinə yön verən mesajlar səsləndirib VİDEO

Çin XİN Rusiya Prezidenti Vladimir Putinin səfər tarixini açıqlayıb

Kambocanın Baş nazirinin müavini Azərbaycana səfərə gəlib

Altıağac–Xızı yolunda sürüşmənin fəsadları aradan qaldırılır

Həmişə işıqlıqda!

Fuad Məmmədov: Azərbaycan türk dövlətləri ilə ikitərəfli və çoxtərəfli əsasda birgə qrant müsabiqələri elan etməyə hazırdır VİDEO

Fuad Məmmədov: Azərbaycan türk dövlətləri ilə ikitərəfli və çoxtərəfli əsasda birgə qrant müsabiqələri elan etməyə hazırdır VİDEO

Dünya Seriyası: "Neftçi" basketbol komandası ilk oyununa çıxır

WUF13-də beynəlxalq “Yaşıl Dəhliz Alyansı” layihəsi diqqət mərkəzində olacaq – ŞƏRH

Bu ilin birinci rübündə Qəbələni ziyarət edən yerli turistlərin sayı 50 faiz artıb VİDEO

Bu ilin birinci rübündə Qəbələni ziyarət edən yerli turistlərin sayı 50 faiz artıb VİDEO

“EFES-2026” təlimində dənizdən sahilə hücum tapşırığı uğurla icra edilib

Azərbaycanın QHT Agentliyi türk dövlətlərinin qurumlarını QHT-lər üçün birgə qrant müsabiqələri elan etməyə dəvət edib VİDEO

Azərbaycanın QHT Agentliyi türk dövlətlərinin qurumlarını QHT-lər üçün birgə qrant müsabiqələri elan etməyə dəvət edib VİDEO

Premyer Liqa: Bu gün "Turan Tovuz" səfərdə, "Qarabağ" evdə oynayacaq

Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Əməkdaşlıq Forumu keçirilir VİDEO

Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Əməkdaşlıq Forumu keçirilir VİDEO

Dünya bazarında qızıl 123 dollar ucuzlaşıb

Sabah Bakıda WUF13 başlayır

Dünya birjalarında neft bahalaşıb

Azərbaycan nefti 116 dollara satılır

Yaponiya güclü zəlzələ ehtimalı ilə bağlı xəbərdarlıq edib

İŞİD-in yüksəkrütbəli liderlərindən biri zərərsizləşdirilib

“Telegraph”: Starmer Mançester meri xeyrinə istefa verə bilər

Azərbaycanın enerji sektoruna yönəlmiş kiberhücum fəaliyyətləri araşdırılıb

WUF13 çərçivəsində “Urbanizasiyada ASAN Modeli” mövzusunda panel təşkil olunacaq

Tramp Hörmüz boğazının açılmasına nail olacağını bildirib

İlon Maskın xAI şirkəti “Grok Build” adlı yeni süni intellekt agentini təqdim edib

“Mercedes-Benz” müdafiə sənayesinə daxil olmaq niyyətini açıqlayıb

Tramp Çin səfərini uğurlu adlandırıb

Təbiət niyə insanı daha xoşbəxt edir? 50 mindən çox insanın iştirak etdiyi araşdırmanın nəticələri

Tramp: Çin Tayvanın müstəqil olmasını görmək istəmir

NYT: ABŞ və İsrail gələn həftə İrana hücumları bərpa edə bilər

Nazir: Türkiyə ilə Azərbaycan arasında qardaşlıq güclü əməkdaşlıq modelinə çevrilib

Konqo Demokratik Respublikasından sonra Uqandada da “Ebola” virusu qeydə alınıb

İran: SEPAH yeni protokollar əsasında Hörmüz boğazından keçidə icazə verir

İsrail ordusu Livanla sərhəddə yerləşən ərazidə qapalı hərbi zona tətbiq edib

Qeyri-qanuni miqrasiyaya cəhd edən 12 misirli gənc həlak olub

Mirnaib Həsənoğlu: “Urban Code” bizim memarlıq və vizual yaddaşımızdır

ABŞ Dövlət Departamenti: Livan və İsrail arasında atəşkəs 45 gün uzadılıb

Prezident İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb VİDEO

Deputat: Gənc rəssamların əsərləri sərgiyə xüsusi rəng qatır

“Küləklər şəhərinin salnaməsi: XIX–XXI əsrlər rəssamlarının əsərlərində Bakı” adlı sərgi açılıb

Ankarada Azərbaycanın Müstəqillik Günü və Silahlı Qüvvələri Günü qeyd olunub

Beynəlxalq Ailə Gününə həsr olunan konfrans: “Ailəmiz - ən güclü dəyərimiz”

Prezident İlham Əliyevin sosial media hesablarında Qazaxıstana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO

GAK sədri: WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın qlobal təşəbbüslərə verdiyi töhfənin növbəti nümunəsidir

Premyer Liqa: “Kəpəz” “Araz-Naxçıvan”a uduzub

Gürcüstan Orta Dəhlizin rəqabət qabiliyyətini artırmaq üçün addımlar atır

Bakıda iki qardaş ölkənin dostluq gecəsi VİDEO

Bakıda iki qardaş ölkənin dostluq gecəsi VİDEO

Frontex: Aİ-yə qeyri-qanuni keçidlərin sayı 40 faiz azalıb

Astana Şəhərsalma Mərkəzinin rəhbəri: WUF13-ün Bakıda keçirilməsi xüsusilə rəmzi xarakter daşıyır

Qadağanı pozanları həm inzibati, həm də cinayət məsuliyyəti gözləyir - Brakonyerlərə xəbərdarlıq

Azərbaycan güləşçisi Avropa üçüncüsü oldu

Aİ missiyası sabitliyə töhfə verməkdən daha çox, əlavə geosiyasi təsir alətinə çevrilə bilər- ŞƏRH

Ekspert: WUF13-ün Bakıda keçirilməsi şəhərlərin davamlı inkişafına və modernləşdirilməsinə töhfə verəcək

CAR qəzeti Azərbaycanın WUF13-ə ev sahibliyindən yazıb

“Şəhərlərdə dayanıqlı həyat tərzinin formalaşmasında ekoloji maarifləndirmənin rolu” - dəyirmi masa

Heydər Əliyev Beynəlxalq Aeroportu WUF13 dövründə gücləndirilmiş əməliyyat rejimində fəaliyyət göstərəcək