Azərbaycan Dövlət İnformasiya Agentliyi

PREZİDENT İLHAM ƏLİYEV İSMAYILLININ İVANOVKA KƏNDİNDƏ OLMUŞDUR

PREZİDENT İLHAM ƏLİYEV İSMAYILLININ İVANOVKA KƏNDİNDƏ OLMUŞDUR

İsmayıllı, 29 oktyabr (AZƏRTAC). Oktyabrın 29-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva İsmayıllı rayonunun bu yaxınlarda 150 illiyi qeyd olunan İvanovka kəndinə gəlmişlər.

Həmin gün kənddə məhsul bayramı keçirilirdi.

Kəndin sakinləri dövlətimizin başçısını və xanımını böyük mehribanlıqla qarşıladılar. Milli geyimli qızlar ali qonaqlara duz-çörək, gül dəstələri təqdim etdilər.

Nikitin adına kolxozun sədri Mixail Ponfyorov və İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İvanovka inzibati ərazi vahidi üzrə nümayəndəsi Olqa Jadina bu kənddə, o cümlədən Heydər Əliyev küçəsində aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verdilər. Qeyd edildi ki, kənddəki inzibati binada yenidənqurma tədbirləri görülmüş, Heydər Əliyev küçəsində ulu öndərin abidəsi ucaldılmışdır.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ulu öndərin abidəsini ziyarət edərək gül dəstələri qoydular. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin İvanovkaya səfərlərini əks etdirən fotoguşə yaradılmışdır.

Məlumat verildi ki, 2008-ci ildən İvanovka kəndində abadlıq və quruculuq işlərinə başlanmışdır. Nikitin adına kolxozun inzibati binası, mədəniyyət sarayının fasadı əsaslı təmir edilmiş, ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılmış, iki fəvvarə yenidən qurulmuşdur.

İkinci Dünya müharibəsində İvanovka kəndindən cəbhədə həlak olanların xatirəsinə yaradılmış abidə kompleksi yenidən qurulmuşdur. Abidənin ətrafında və mərkəzi küçədə işıqlandırma sistemi quraşdırılmışdır.

Sonra dövlətimizin başçısı və xanımı kəndin mərkəzində məhsul bayramına toplaşmış sakinlərlə görüşüb söhbət etdilər. Bayramsayağı bəzədilən meydana İvanovka kəndinin min nəfərə yaxın sakini toplaşmışdı.

Prezident İlham ƏLİYEV sakinləri salamlayaraq dedi:

-Salam, sizi görməyə şadam.

Kənd sakini: Xoş gəlmisiniz.

Prezident: Sağ olun. Biz bir neçə il əvvəl görüşmüşdük, budur, indi mən yenə də gəlmişəm və buradakı dəyişiklikləri görürəm. Əlbəttə, inkişaf vardır.

Kənd sakini: Bunlar Sizin zəhmətinizin bəhrəsidir, cənab Prezident.

Prezident: Bir də sizin fəallığınız.

Kənd sakini: Sizin bugünkü gəlişiniz məhsul bayramı ilə bir vaxta düşmüşdür. Bizim uğurlarımızın bəhrəsi anbarlarda və süfrələrdədir.

Prezident: Mən sizi məhsul bayramı münasibətilə təbrik edirəm. Sizin hamınıza ən xoş arzularımı çatdırıram, firavanlıq, xoşbəxtlik, sağlamlıq diləyirəm. Arzum budur ki, həmişə yaxşı yaşayasınız.

Kənd sakini: Sizə də cansağlığı arzulayırıq.

Prezident: Onda mən sizə kömək edəcəyəm.

Kənd sakini: Sağ olun.

Prezident: Qoy İvanovka inkişaf etsin, çoxəsrlik ənənələrini qoruyub saxlasın, cavanlar siz veteranlara baxıb nümunə götürsünlər, kənd təsərrüfatı, bütün infrastruktur inkişaf etsin. Mənə dedilər ki, yeni məktəb tikilmişdir. Dörd il əvvəl İvanovka sakinləri mənə müraciət etmişdilər və biz məktəb tikdik. Əgər daha nə isə etmək lazımdırsa, mənə deyin. Edərik.

Kənd sakini: Bəli, bizim arzularımız vardır.

Prezident: Deyin.

Kənd sakini: Biz, əlbəttə, Sizə təşəkkür edirik ki, gəlmisiniz. Biz çox şadıq ki, Siz öz səfərinizi bizim bayramımız - Məhsul Günü ilə bir vaxta salmısınız. Biz kənd təsərrüfatı bayramını qeyd edəcəyik. Bir də Sizə ona görə çox təşəkkür edirik ki, Siz atanızın vəsiyyətini unutmursunuz. O, Sizə vəsiyyət etmişdi ki, bizim kəndə diqqət yetirəsiniz. Allah Sizə cansağlığı versin. Görünür, Tanrı Sizin qəlbinizə yol açmışdır və onun köməyi ilə Siz respublikaya düzgün rəhbərlik edirsiniz. Sizin uğurlu rəhbərliyiniz bizim rayonun həyatında da hiss edilir. Bizim rayon həqiqətən gözəl görünməyə başlamışdır. Rayonumuz abadlaşır, Allah Sizə cansağlığı versin. Əlbəttə, bizə su da çəkilsəydi…

Prezident: Su?

Kənd sakini: Bəli, su sarıdan korluq çəkirik. Allah Sizə cansağlığı versin. Atanızın Sizə vəsiyyət etdiyi kimi, bizim kəndi unutmayın.

Prezident: Mən heç vaxt unutmuram. Bax, buraya gəlmişəm, Heydər Əliyevin abidəsi önünə çiçəklər qoymuşam və abidə ilə üzbəüz mənim dörd il əvvəl dediyim sözləri gördüm. Bu sözlər sizin də yadınızdadır, mənim də yadımdadır və ən başlıcası, bu dörd ildə həmin sözlər əməli işə çevrilib. Mən sizin qarantınızam. Mənə həmişə ümid edə bilərsiniz. Mən sizə həmişə kömək edəcəyəm. Mən həmişə maraqlanıram, burada işlər necə gedir, insanlar necə yaşayır, nə kimi problemlər var, daha nə etmək lazımdır? Mən Heydər Əliyevin siyasətini bütün istiqamətlərdə davam etdirəcəyəm.

O cümlədən İvanovka kəndinin sakinlərinə münasibətdə də. Rayon inkişaf edir. Bu gün mən rayon mərkəzində oldum və təzə parka, idman kompleksinə baxdım, hovuz da vardır. Gözəldir, beynəlxalq səviyyədədir. İvanovka da inkişaf edir.

Kənd sakini: Sağ olun.

Prezident: Azərbaycanda həmişə bütün xalqların nümayəndələri dinc şəraitdə yaşamışdır, yaşayır və yaşayacaqdır.

Kənd sakini: Sizin atanız - mən onun sözlərini eşitmişəm - Heydər Əliyev belə deyirdi: molokanlara toxunma, onlar mənim xalqımdır. Bizdə isə belə bir məsəl var: Yaxşı ağacın barı da yaxşı olar. Biz Sizi təbrik edirik, sağ olun. Allah Sizə cansağlığı versin.

Prezident: Heydər Əliyev həm də belə deyirdi: Qoy onlar necə istəyirlərsə, elə də yaşasınlar. Kolxozda yaşamaq yaxşıdırsa, qoy onlar elə kolxozda yaşasınlar. Bu da əyani misaldır ki, Azərbaycanda təsərrüfatçılıq formasından asılı olmayaraq, iqtisadiyyatın inkişafı üçün şərait yaradılmışdır. İstər fermer olsun, istər kolxozçu, elə böyük fərq yoxdur. Əsas məsələ odur ki, insan torpaqda işləyir. Siz əsrlər boyu Azərbaycan dövləti üçün çalışır və onun üçün sərvətlər yaradırsınız. Siz gələcəkdə də həmişə mənə arxalana bilərsiniz və Sizin bütün problemlərinizi imkan daxilində həll etməyə çalışacağıq.

Kənd sakini: Bizi dəstəklədiyiniz üçün sağ olun. Qoy ulu Tanrı bu diyara, Azərbaycan Respublikasına kömək olsun və respublikamız dünya səviyyəsinə yüksəlsin, ilk onluqdan kənara çıxmasın.

Prezident: Biz artıq bu istiqamətdə hərəkət edirik. Müstəqillik əldə etdiyimiz bu qısa müddətdə, daha dəqiq desək, 90-cı illərin ortalarından praktiki inkişaf başlanmışdır. Sizin hamınızın yadındadır ki, 90-cı illərin əvvəlində burada nələr baş verirdi, hansı siyasi və iqtisadi proseslər gedirdi. İqtisadi tənəzzül, iqtisadiyyatın dağılması, sənaye müəssisələrinin dayanması...

90-cı illərin ortalarında, Heydər Əliyev prezident vəzifəsinə gələn kimi islahatlar, tərəqqi başlandı və qısa müddətdə, 10 ildən bir qədər çox vaxtda Azərbaycan dünyanın bütün ölkələri arasında iqtisadiyyatın rəqabət qabiliyyətinə görə 51-ci yeri tutdu.

Biz yalnız zəhmət sayəsində, düzgün siyasət, iqtisadiyyatın düzgün təşkili, siyasi sabitlik, Azərbaycanda yaşayan bütün xalqlar arasında sülh sayəsində MDB-nin üzvü olan dövlətləri qabaqlamışıq. Təəssüf ki, bu, heç də hər yerdə belə deyildir. Dünyada elə ölkələr var ki, orada əksinə, milli zəmində, dini zəmində toqquşmalar vardır. Azərbaycanda belə hallar heç vaxt olmamışdır və olmayacaqdır. Buna həm siz, həm Prezident, həm də bütün cəmiyyət təminat verir. Bütün cəmiyyət bu hisslərlə yaşayır ki, Azərbaycanda həmişə sülh, həmrəylik, dostluq, qardaşlıq olsun. Sizin kəndin timsalında bunlar aydın görünür. Mən İvanovkanın inkişafda olduğunu görməyə şadam. Bu, müasir kənddir, hətta kənd yox, böyük şəhərdir.

Kənd sakini: Çox sağ olun. Kəndimizə görə də, həyatımıza görə də, Prezidentimizə görə də fəxr etmək, sevinmək olar.

Prezident: Sağ olun.

Sonra Nikitin adına kolxozun istehsal etdiyi məhsulların sərgisinə baxış keçirildi. Kolxozda 30-dan çox adda kənd təsərrüfatı məhsulları istehsal olunur. Burada yüksək keyfiyyətli ət, süd, un, müxtəlif taxıl məhsulları, üzüm, yem, çuğundur və sair istehsal edilir.

Kolxozun sədri kənd təsərrüfatı sahəsində qazanılan uğurlar və yeniliklər barədə məlumat verdi.

Sərgi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev İvanovka kənd orta məktəbinin kollektivi ilə söhbət etdi.

Birinci sinif şagirdləri Azərbaycana, Vətənə, ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər oxudular.

Təhsil ocağı kollektivinin üzvləri yeni binaya görə dövlətimizin başçısına minnətdarlıq etdilər.

“Slavyanka” özfəaliyyət kollektivi isə rus xalq mahnılarını ifa etdi. Vyaçeslav Panin Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısını oxudu.

Prezident İlham Əliyevə və xanımına İvanovkanın milli mətbəxinin nümunələri göstərildi.

Dövlətimizin başçısına kənd sakini Anna Radayevanın yağlı boya ilə çəkdiyi “Kusok İvanovki” adlı rəsm əsəri hədiyyə edildi.

Prezident İlham Əliyev kənd sakinlərinə yeni uğurlar arzuladı.

Məhsul bayramı münasibətilə təşkil olunan mərasimin sonunda ivanovkalılar dövlətimizin başçısını və xanımını çay süfrəsinə dəvət etdilər.

Bununla da Prezident İlham Əliyevin İsmayıllı rayonuna səfəri başa çatdı.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

18 yaşında yazılan şəhidlik dastanı...

® “AccessBank” 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub

Sərdar Fərəcov: Uşaqların dünyəvi təhsili və hərtərəfli inkişafı əsas prioritet olmalıdır

BSU-da “Dil və mədəniyyət” forumu: iki ölkə arasında akademik əlaqələr diqqət mərkəzində

İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub

“Eyni səma altında: astronomiya təhsili görüşləri” - Azərbaycan, Türkiyə və Özbəkistan məktəbliləri bir arada

Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib

Güllü Eldar Tomarlı: Kəlağayı keçmişlə gələcək arasında ipək körpüdür

“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq

Şəkidə keçirilən müşavirədə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrdən danışılıb

Azərbaycanlı akademik beynəlxalq konfransda Türk dünyasının inteqrasiyası ilə bağlı təkliflər irəli sürüb

Zülfiyyə Nuriyeva: “Kəlağayı yürüşü”nün əsas məqsədi milli irsimizi gənclərə daha yaxından tanıtmaqdır

Trampın Qrenlandiya ilə bağlı bəyanatı Danimarka ilə razılaşmanın şərtlərinə əməl olunması məsələsini gündəmə gətirib

Müdafiə Nazirliyinin Tibb İdarəsi ilə “Vərəmsiz Gələcəyə Doğru” İB arasında memorandum imzalanıb

İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub

Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası təşkil olunub

İnha Universitetinin azərbaycanlı tələbələri bir araya gəlib

Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyi qeyd olunur

Azərbaycan alimləri beynəlxalq “Top 2% Scientists” siyahısında yer alıblar

Mərkəzi Bank: Ani Ödənişlər Sistemi üzrə yeni xidmət haqqı tarifləri vətəndaşlara şamil olunmur

Dilçilik İnstitutunun əməkdaşları Bişkekdə keçirilən beynəlxalq simpoziumda iştirak ediblər

Uşaqların gələcəyi hər cür manipulyasiyadan müdafiə olunmalıdır – RƏY

Dini ideologiyaların gənclərin həyatına və dövlətin qanunlarına sirayət etməsi qəbulolunmazdır - ŞƏRH

Məktəbli forması: təhsil mühitində bərabərlik, intizam və sosial məsuliyyət amili

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır VİDEO

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır VİDEO

İndoneziyada meşə yanğınları havanın kəskin çirklənməsinə və regionda məktəblərin bağlanmasına səbəb olub

Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər VİDEO

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər VİDEO

® “DigiTravel” ilə aviabiletləri də indi alıb sonra ödəyin!

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir VİDEO

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir VİDEO

Baba Vəziroğlu: Məktəbdə hər kəs müəyyən edilmiş qaydalara hörmətlə yanaşmalıdır

Buxarada qardaşlıq nəğmələri: İki ölkə sənətçilərindən möhtəşəm konsert

Gədəbəydə avtomobili aşıran sürücünün həyat yoldaşı ölüb, oğlu yaralanıb VİDEO

Gədəbəydə avtomobili aşıran sürücünün həyat yoldaşı ölüb, oğlu yaralanıb VİDEO

DİM: Dövlət qulluğu imtahanında 171 namizəd müvəffəqiyyət əldə edib

Binaların enerji effektivliyi üzrə pasportlaşdırmanın rəqəmsallaşdırılması üçün platformanın hazırlanması yekunlaşmaq üzrədir

Azərbaycan və Pakistan qadın sahibkarlığı sahəsində əməkdaşlığı genişləndirir

Dövlət qulluğu üzrə 876 vakant vəzifə müsahibəyə çıxarılıb

Risklərin idarə edilməsi üzrə qərar qəbuletmə mexanizmləri nəzərdən keçirilib

Ekspert: Tikinti layihələrində ekoloji standartların qorunması genişləndirilməlidir VİDEO

Ekspert: Tikinti layihələrində ekoloji standartların qorunması genişləndirilməlidir VİDEO

Aİ strateji minerallar üzrə Çindən asılılığı azaltmaq üçün Vyetnamla əməkdaşlığı genişləndirmək istəyir

Laos AQEM-ə üzv olmaq üçün təsisedici sənədləri imzalayıb

Pekində terrorizmlə mübarizəyə dair beynəlxalq forum keçirilir

Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır

Çinin xarici ticarəti 19 faizə yaxın artıb

Ekspert: Azərbaycanın dünyəvi təhsil ənənələri milli maarifçilik tariximizin ayrılmaz hissəsidir

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb

Cənubi Koreya və ABŞ müdafiə danışıqları keçirmək barədə razılığa gəlib

Çingiz Abdullayev: Əminəm ki, “Sabah” “Barselona”ya qarşı da çəkinmədən oynayacaq

Astanada Azərbaycanın Orta Dəhlizin inkişafında rolu müzakirə olunub

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Azərbaycan qonaqpərvərlik sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirir

Vədiyə Ələkbərzadə: Akkreditasiya özəl tibb müəssisələri üçün bir çox prosesin obyektiv qiymətləndirilməsini təmin edən mexanizmdir

Saleh Sultansoy: “Elm şəhərləri” TDT-nin inkişafına güclü təkan verə bilər

QHT-lərin təşəbbüsü ilə Bakıda kəlağayının təbliğinə həsr edilən yürüş keçirilib

Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb

Henning Sasse: Tikintidə ekoloji təmiz xammalın və alternativ yanacaqların istifadəsi vacibdir VİDEO

Henning Sasse: Tikintidə ekoloji təmiz xammalın və alternativ yanacaqların istifadəsi vacibdir VİDEO

AzTU-nun müəllimi Türkiyədə beynəlxalq simpoziumda məruzə ilə çıxış edib

Laos Prezidenti “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət edib

BDU-nun 14 tələbəsi “Əlaçı” təqaüd proqramının qalibi olub

Milli Hidrometeorologiya Xidməti: Hazırda keçid dövrünə xas hava şəraiti müşahidə edilir

Rasim Əliquliyev: Gəncləri kibermanipulyasiyadan qorumaq prioritet vəzifədir VİDEO

Rasim Əliquliyev: Gəncləri kibermanipulyasiyadan qorumaq prioritet vəzifədir VİDEO

Avstraliyada demensiyanın erkən əlamətlərini aşkarlayan göz testləri hazırlanıb

Ukrayna ordusu üç yaşayış məntəqəsini azad edib

Azərbaycanla Mərkəzi Asiya ölkələrinin əməkdaşlığının genişlənməsi yeni imkanlar yaradır ŞƏRH

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində qiymətləndirmə təlimi təşkil olunub

Naftalanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqət mərkəzindədir

Zumerlər əməkhaqqı səbəbindən iş yerlərini dəyişdirmək istəyirlər

SEPAH Hörmüz boğazında konteyner daşıyan gəminin batdığını bildirib

Kamboca Krallığının Baş naziri Milli Məclisdə olub

Vahid geyim şagirdlərə ortaq qaydaların mövcudluğunu öyrədən vasitələrdən biri kimi qəbul oluna bilər – ŞƏRH

Baş nazir Əli Əsədov Laosun Prezidenti Thonqlun Sisulitlə görüşüb

Azərbaycanlı Formula 4 pilotu "Slovakia Ring" trasında növbəti testlərini uğurla başa vurub

Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir ŞƏRH

Beynəlxalq Enerji Agentliyi: Dizel yanacağı çatışmazlığı 2027-ci ilədək davam edə bilər

ADAU-da YAP-ın VIII Qurultayının qərarlarından irəli gələn vəzifələr önə çəkilib

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq VİDEO

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq VİDEO