PREZİDENT MİXAİL SAAKAŞVİLİ BATUMİYƏ GETMİŞDİR
N.Burcanadze A.Abaşidze ilə görüşün yekunlarını şərh edərkən bildirmişdir ki, “hər iki tərəfi narahat edən problemlər müzakirə olunmuşdur”.
Acarıstana səfəri ərəfəsində M.Saakaşvili bölgə rəhbərliyinin parlament seçkilərinin keçirilməsi üçün lazımi şəraiti yaratması, fövqəladə vəziyyəti və qadağan saatını dayandırması, jurnalistlərin və ayrı-ayrı şəxslərin sərbəst yerdəyişməsinə imkan verməsi təqdirdə mərkəzi hakimiyyətin Acarıstan Muxtar Respublikasına qarşı iqtisadi və digər sanksiyaları dərhal ləğv edəcəyini bildirmişdir.
Gürcüstanın baş prokuroru İrakli Okruaşvili isə acarıstanlı məmurların bəzilərinin barəsində qaldırılan cinayət işinin qüvvədə qaldığını vurğulamışdır.
Prezident M.Saakaşvili və onu müşayiət edən şəxslər martın 18-də təyyarə ilə Tbilisidən Potiyə uçmuş, günün ikinci yarısında oradan avtomobillə Çoloki buraxılış məntəqəsinə gəlmiş və Batumiyə yola düşmüşlər. Batumidə o, Acarıstan başçısı ilə və A.Abaşidzeyə müxalif olan qüvvələrlə görüşmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]