COP29
Prezident Tokayevə COP29-un əsas yekunları barədə məlumat verilib
Astana, 29 noyabr, AZƏRTAC
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əsas yekunları barədə məlumat verilib.
AZƏRTAC Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, dövlət başçısı öz müşaviri - Prezidentin beynəlxalq ekoloji əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Zülfiyyə Süleymenovanı qəbul edib.
Tokayev dekabrın 3-də Ər-Riyadda keçiriləcək “One Water Summit” beynəlxalq tədbirinə hazırlıqla bağlı hesabatı da dinləyib. Sammitə Dünya Bankı və Səudiyyə Ərəbistanının dəstəyi ilə Qazaxıstan və Fransa sədrlik edəcək.
Prezident Qazaxıstanın ekologiyası, su ehtiyatları və biomüxtəlifliyin qorunması sahəsində təşəbbüslərinin keyfiyyətcə yenidən işlənməsini tapşırıb.
AZƏRTAC-ın xüsusi müxbiri
Astana