PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Oktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə telefonla zəng etmişdir.
Dövlətimizin başçısı Türkiyə Prezidentinə Cümhuriyyət günü, eyni zamanda ad günü münasibətilə təbriklərini çatdırmış, qardaş Türkiyə xalqına əmin-amanlıq və firavanlıq, cənab Abdullah Gülə cansağlığı və ali dövlətçilik fəaliyyətində yeni-yeni uğurlar arzulamışdır.
Türkiyə Prezidenti təbrikə və göstərilən diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə daim inkişaf etməsindən məmnunluq ifadə edərək, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildirmişlər.
Telefon söhbəti zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilmişdir.