RƏSMİ XRONİKA
PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Dekabrın 24-də Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik etmiş, ona ali dövlətçilik fəaliyyətində uğurlar arzulamışdır.
Azərbaycan Prezidenti təbrikə və diqqətə görə Dmitri Medvedevə minnətdarlığını bildirmişdir.
Dövlət başçıları ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurlu inkişafını yüksək qiymətləndirmiş, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildirmişlər.
Telefon söhbəti zamanı həmçinin qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmişdir.