PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Dekabrın 24-də Türkiyə Respublikasının Prezidenti Abdullah Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Türkiyə Prezidenti Abdullah Gül Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik etmiş, dost, qardaş Azərbaycan xalqının rifahı naminə fəaliyyətində ona uğurlar, möhkəm cansağlığı arzulamışdır.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirmişdir.
Dövlət başçıları ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə, o cümlədən regional çərçivədə əməkdaşlığın daim inkişaf etməsindən razılıq ifadə edərək, əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini vurğulamışlar.
Telefon söhbəti zamanı qarşılıqlı maraq doğuran bır sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:32]
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB
- 15.10.2026 [16:12]
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
- 14.10.2026 [22:02]
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO
- 14.10.2026 [21:38]
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNİB VİDEO
- 14.10.2026 [19:08]