RƏSMİ XRONİKA
PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Dekabrın 24-də Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Türkiyənin Baş naziri ad günü münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırmış, ona Prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulamışdır.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirmişdir.
Azərbaycan Prezidenti və Türkiyənin Baş naziri iki dost və qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında münasibətlərin sürətlə inkişaf etdiyini vurğulayaraq, əmin olduqlarını bildirmişlər ki, əlaqələrimiz bundan sonra da daim möhkəmlənəcək və genişlənəcəkdir.