Problem şurasının iclasında 11 elmi iş müsbət qiymətləndirilib
Bakı, 20 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya, aqrar və tibb elmləri üzrə problem şurasının növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, akademik İradə Hüseynovanın rəhbərliyi ilə keçirilən müzakirələrdə problem şurasının, işçi qruplarının üzvləri, eləcə də iddiaçılar, müvafiq dissertasiya işlərinin elmi rəhbərləri və məsləhətçiləri iştirak ediblər.
İclasda tibb üzrə 11 və aqrar elmlər üzrə 1 dissertasiya mövzusu müzakirəyə çıxarılıb. Tibb işçi qrupunun üzvü, tibb üzrə fəlsəfə doktoru Aynur Səfiyeva tibb üzrə, problem şurasının sədr müavini aqrar elmləri doktoru Mustafa Mustafayev isə aqrar elmlər üzrə dissertasiya mövzularını təqdim ediblər. Müzakirəyə çıxarılmış bəzi mövzuların adında dəyişikliklər edilməklə 11 iş müsbət qiymətləndirilərək qeydiyyata alınıb, 1 iş yenidən müzakirə üçün geri qaytarılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:20]
Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub
- 12.06.2026 [18:04]
Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir
- 12.06.2026 [17:44]
Regionun aparıcı ali təhsil ocağı: BDU yeni məzunlarını yola salır
- 12.06.2026 [17:20]