Azərbaycan Dövlət İnformasiya Agentliyi

Professor: Azərbaycan elmində yeni mərhələ üçün universitet-sənaye əməkdaşlığı əsas şərtdir MÜSAHİBƏ

Professor: Azərbaycan elmində yeni mərhələ üçün universitet-sənaye əməkdaşlığı əsas şərtdir MÜSAHİBƏ

Bakı, 19 noyabr, Ceyhun Xəlilov, AZƏRTAC

Qlobal elmi mühitin sürətlə dəyişdiyi bir zamanda müxtəlif ölkələrin tədqiqat modelləri və yanaşmaları arasında fərqlər daha aydın görünməyə başlayır. Xüsusilə yüksək texnologiyalar, optik materiallar və innovasiya ekosistemləri üzrə qabaqcıl ölkələrin təcrübəsi elmi fəaliyyətin təşkilində və nəticələrin kommersiya dəyərinə çevrilməsində mühüm rol oynayır. Bu kontekstdə Azərbaycan və Yaponiya kimi fərqli elmi ənənələrə malik ölkələrin tədqiqat mədəniyyəti arasında müqayisə xüsusi maraq doğurur.

Yüksək texnologiyalar sahəsində çalışan azərbaycanlı ixtiraçı və professor Xəlil Kələntər uzun illər Yaponiyada fəaliyyət göstərərək ekran texnologiyaları, optik sistemlər və işıqlandırma sahəsində çoxsaylı patentlərə imza atıb. O, AZƏRTAC-a müsahibəsində iki ölkənin elmi yanaşmaları arasındakı fərqlər, ixtiraçılıq prosesinin mərhələləri, displey texnologiyalarının gələcək inkişaf istiqamətləri və Azərbaycan elmi üçün prioritet sahələr barədə fikirlərini bölüşüb.

-Xəlil bəy, siz azərbaycanəsillisiniz, amma elmi fəaliyyətiniz əsasən Yaponiyada keçib. Bu iki mədəniyyət arasında elmi düşüncə baxımından hansı fərqləri hiss etmisiniz? Bu barədə nə demək istəyərsiniz?

-Yaponiyada tədqiqat mühitində ən çox diqqətçəkən cəhətlərdən biri dəqiqlik və səlislikdir. Eksperimentlərdə və məlumat emalında hər bir detalın düzgün olması vacibdir, nəticələrin təkrarlana bilməsi çox önəmlidir. Burada, demək olar, hər şeydə çoxsistemli və planlı yanaşmalar tətbiq olunur.

Bundan əlavə, laboratoriya mədəniyyəti kollektiv yanaşmaya çox önəm verir. Məqsədlərə yalnız fərdi bacarıqla deyil, qrup şəklində, birlikdə çatmaq əsas prinsipdir. Bu, harmoniyaya və əməkdaşlığa böyük önəm verən mədəniyyətdir, laboratoriya mədəniyyətində komanda işi və əməkdaşlıq yüksək qiymətləndirilir.

Araşdırma mövzularının seçimi və karyera inkişafı baxımından isə davamlılıq və uzunmüddətli planlama ön plandadır. Yaşlılıq sistemi bəzi hallarda rol oynasa da, əsas vurğu sabit təməl üzərində uzunmüddətli araşdırmalardır. Yaponiya, eyni zamanda, texnoloji praktikada çox güclüdür - sənaye ilə sıx əməkdaşlıq edilir və əsas araşdırma nəticələrini praktik texnologiyalara çevirməkdə xüsusi üstünlük var, xüsusilə elektronika və optik sahələrdə.

Azərbaycan araşdırma mühitinə gəldikdə, burada ənənəvi olaraq nəzəriyyə və əsas elmlərə üstünlük verilir. Riyaziyyat və fizika kimi sahələrə fokuslanmaq, nəzəri düşüncə çox qiymətlidir, keçmiş Sovet İttifaqının ənənələrindən irs olaraq, nəzəriyyə üzərində düşünməyə meyil var. Fərdi tədqiqatçının yanaşması və dərin nəzəri araşdırması hörmətlə qarşılanır.

Lakin resurs və infrastruktur baxımından müəyyən çətinliklər var. Sovet İttifaqının dağılmasından sonra maliyyə təminatı və müasir laboratoriya avadanlığı məsələlərində problem yaşanıb, buna görə tədqiqatlar tez-tez məhdud imkanlarla aparılıb. Son illərdə beynəlxalq əlaqələr və fənlərarası yanaşmaların artması isə mühitə yeni dinamika gətirib, çevik, fənlərarası yanaşmalar tətbiq olunur.

Mənim təcrübəmə əsasən, fərq xüsusilə nəzəri bilikdən praktik tətbiqə keçid mərhələsində daha aydın görünür. Azərbaycanda daha çox nəzəriyyəyə yönəlmiş yanaşmanın əksinə olaraq, Yaponiyada gördüyüm təcrübələrdə keyfiyyətə nəzarət, patentləşdirmə və ticariləşdirmə prosesləri çox daha sistemli şəkildə həyata keçirilir. Nəzəri biliklərin real texnologiyalara və biznes imkanlarına çevrilməsi burada daha konkret və səmərəli şəkildə ortaya çıxır. Yaponiyanın təmin etdiyi maliyyə və avadanlıq imkanları ideyaların yüksək keyfiyyətlə və sürətlə həyata keçirilməsini mümkün etdi. Yapon şirkətləri və universitetləri tərəfindən təmin olunan geniş maliyyə və müasir təcrübə avadanlığı ideyaların sürətli və yüksək keyfiyyətlə həyata keçirilməsində böyük rol oynayıb. Bundan əlavə, elmi müzakirələrdə birbaşa ifadə ilə Yaponiyada tətbiq olunan dolayı, əməkdaşlıqyönümlü üslub arasındakı fərq də mənim üçün öyrədici oldu, mədəni kommunikasiya fərqləri aydın şəkildə görünürdü. Bu iki mühitdəki təcrübə mənim elmi düşüncəmə çoxşaxəlilik qatdı və nəzəri bilikləri praktik texnologiyaya çevirmək bacarığımı inkişaf etdirdi.

-Xəlil bəy, siz uzun illərdir televizor və telefon ekranlarının işıqlandırma texnologiyaları üzərində işləyirsiniz və çoxlu patentləriniz var. Yeni bir ixtira ideyadan istifadə edilən məhsula çevrilənə qədər necə hazırlanır? Bu müddətdə sizcə ən çətin mərhələ hansıdır - texniki hesablamalar, sınaqlar, yoxsa yaradıcı ideyaların ortaya çıxması?

-Optik ekran texnologiyasında ixtiraçılıq səyahətim adətən bir neçə əsas mərhələdən ibarətdir. İlk mərhələ konseptualizasiya və problem təyini – yəni, yaradıcı andır. Burada mən bazarda hansı ehtiyacın olduğunu müəyyən edirəm, mövcud sensorlar və ya LCD arxa işıqlarında hansı texniki məhdudiyyətlər var – məsələn, enerji sərfi, qalınlıq, rəng saflığı və uniformluq. Eyni zamanda, mövcud fiziki prinsiplərin yeni tətbiqləri də nəzərə alınır. İlkin dizayn və modelləşdirmə mərhələsində isə yeni optik struktur və ya material kombinasiyası təsəvvür olunur, konseptlər skeç edilir və əsas prinsiplər zehni olaraq və ya sadə modellərlə tətbiq olunur.

Sonra nəzəri dizayn və texniki hesablamalar mərhələsi gəlir ki, mən bunu çətin an adlandırıram. Bu mərhələdə konseptual dizayn riyazi olaraq optimallaşdırılmalı, milyonlarla işıq şüası simulyasiya edilməli, material seçimi, tolerans analizi və digər texniki detallara diqqət yetirilməlidir. Mən öz optik dizayn proqramımı istifadə edirəm. Burada əsas çətinlik yüksək parlaqlıq və uniformluğu təmin etməklə, xərcləri, qalınlığı və enerji sərfini minimuma endirmək arasında balans yaratmaqdır. Simulyasiyalar fiziki prototip mərhələsində bahalı uğursuzluqların qarşısını almaq üçün böyük texniki dəqiqlik tələb edir.

Daha sonra eksperiment və prototipləşdirmə mərhələsi gəlir - bunu doğrulama anı adlandırıram. Kiçik, sadələşdirilmiş prototiplər hazırlanır və əsas prinsip yoxlanılır. Prototiplər luminans, uniformluq və rəng “gamut” baxımından test edilir. Nəticələr simulyasiyadan fərqləndikdə, prototip yenidən tənzimlənir, simulyasiya yenilənir və testlər təkrarlanır. Eyni zamanda, bu mərhələdə dizaynın kütləvi və səmərəli istehsal edilə biləcəyi də qiymətləndirilir.

Nəhayət, patent müraciəti və praktiki tətbiq mərhələsi gəlir. Mən bunu mühafizə və istismar anı adlandırıram. Uğurlu nəticələr olduqda, patent müraciəti hazırlanır, ixtiranın yeniliyi qorunur. Sonra dizayn kütləvi istehsala uyğunlaşdırılır və alətlər, qəlibləmə və montaj üzrə mühəndislərlə sıx əməkdaşlıq edilir. Bu mərhələ ixtiranın kommersiya məhsullarına çevrildiyi və praktiki texnologiyaya tətbiq olunduğu yerdir.

Ümumilikdə mənim üçün ən mürəkkəb an texniki hesablamalar və simulyasiya mərhələsidir. Burada dərin fizika və riyaziyyat bilikləri tələb olunur, optik performans, istilik idarəçiliyi və istehsal imkanları arasında balans saxlanmalıdır. Həmçinin nəzəri ideyanı real dünya şəraitinə uyğunlaşdırmaq və toleransları nəzərə alaraq dizaynı optimallaşdırmaq lazımdır. Uğurlu ixtiraçı bu mürəkkəbliyi idarə edərək yaradıcı ideyanı etibarlı, patentlənə bilən və istehsala hazır optik sistemə çevirir.

-Eyni zamanda, son illərdə televizorların, telefonların və planşetlərin ekran texnologiyaları sürətlə dəyişir. Sizin baxışınıza görə, bu texnologiyalar arasında gələcəkdə güc balansı necə formalaşacaq? LCD-lər tamamilə sıradan çıxacaq? Digər tərəfdən, süni intellektin (AI), yeni materialların və nanooptikanın bu sahəyə təsiri getdikcə daha güclənir. Məsələn, artıq AI görüntü keyfiyyətini və istehsal prosesini optimallaşdırmaq üçün istifadə olunur, yeni materiallar (perovskit kvant nöqtələri, elastik substratlar və s.) daha yüngül və bükülə bilən ekranların yaranmasına imkan verir. Sizcə, bütün bu yeniliklər birlikdə gələcəyin displey texnologiyalarını hara aparır?

-Displey texnologiyasının gələcək inkişafını izləyərkən görürəm ki, OLED, Micro-LED və Kvant Nöqtə texnologiyaları LCD-lərlə müqayisədə fərqli üstünlüklər təqdim edir. Mənim baxışıma görə, LCD-lər yox olmur, sadəcə, strateji olaraq yeni mövqelərə yönəlirlər. Xüsusilə Kvant Nöqtələrlə birləşdirilən LCD-lər, çox böyük ekranlarda və ortaölçülü ekranların kütləvi bazarında maliyyət baxımından böyük üstünlük saxlayır. Onlar təsdiqlənmiş, səmərəli istehsal platformasıdır.

Müasir LCD-lər inkişaf etmiş yerli qaralma texnologiyası, yəni Mini-LED arxa işıqlandırmadan istifadə edərək kontrastı əhəmiyyətli dərəcədə artırır və bəzən OLED səviyyəsinə yaxınlaşır. Kvant nöqtələrin inteqrasiyası isə rəng “gamut”unu və rəng təmizliyini əhəmiyyətli dərəcədə yaxşılaşdırır, bu da LCD-lərin əsas zəif nöqtələrini aradan qaldırır. Həmçinin LCD-lər hələ də yüksək parlaqlığın tələb olunduğu açıq hava reklamları və sənaye/avtomobil displeyləri kimi “niş” (ehtiyacları təmin edilməmiş kiçik bir qrupa məhsulların təqdim edilməsi – red.) bazarlarda üstünlük təşkil edir, çünki “burn-in” məsələsi OLED üçün potensial problem yarada bilər.

Məncə nəticə belədir ki, LCD-lər qiymət və həcm seqmentlərini qoruyacaq, Mini-LED və QD kimi yeni optik təkmilləşdirmələri davamlı olaraq inteqrasiya edəcək, OLED və Micro-LED isə yüksək performans və premium bazarlarda üstünlük qazanacaq.

Bundan başqa, süni zəka (AI), yeni materiallar və nanooptika kimi sahələr, sadəcə, əlaqəli sahələr deyil, onlar displey texnologiyasının gələcək inkişafını aktiv şəkildə müəyyən edir. AI displey emalı və keyfiyyətini dəyişdirir.

Ümumiyyətlə, bütün innovasiyalar sahəni ultranazik, hipersəmərəli və “ağıllı” displeylərə yönəldir. Fokus, sadəcə, işıq yaratmaqdan, hər fotonun dəqiq idarə olunmasına keçir və AI ilə yeni materialların inteqrasiyası gələcək vizual texnologiyanı müəyyən edəcək. Mənim üçün bu, tamamilə maraqlı və motivasiyaedici bir sahədir, çünki həm nəzəri biliklərimi praktik tətbiqlərə çevirə, həm də gələcək texnologiyaların inkişafında birbaşa iştirak edə bilirəm.

-Bugünkü dünyada elmi nailiyyətlərin çoxu universitetlərlə sənaye arasında sıx əməkdaşlıq nəticəsində yaranır. Sizcə, Azərbaycan bu modelə keçid üçün hansı addımları atmalıdır? Bir alim və müəllim kimi, siz Azərbaycan elminin gələcəyini hansı istiqamətlərdə görürsünüz - texnologiya, material elmləri, enerji, yoxsa başqa bir sahədə? Bildiyimiz kimi, Azərbaycanda yeni universitetin - Qarabağ Universitetinin təməli qoyulub və o, elmi cəhətdən təkmilləşir.

-Azərbaycanın elm və sənaye sahəsi arasında daha sıx əməkdaşlığa keçidi üçün məncə bir neçə vacib addım atılmalıdır. Əvvəlcə institut səviyyəsində əməkdaşlıq mexanizmləri qurmaq lazımdır. Məsələn, hər böyük universitetdə və tədqiqat institutunda yaxşı maliyyələşdirilmiş Texnologiya transfer ofisləri yaradılmalı, ora IP, lisenziyalaşdırma və biznes inkişafı sahələrində peşəkar kadrlardan ibarət olmalıdır. Bunlar akademik tədqiqat və kommersiya ehtiyacları arasında körpü rolunu oynayacaq. Bundan əlavə, sənaye maliyyələşdirilən və ya birgə idarə olunan tədqiqat mərkəzləri universitet kampuslarında və ya elm parklarında yaradılmalıdır. Bu mərkəzlər tətbiqi tədqiqatlara fokuslanmalı və konkret kommersiya məqsədləri daşımalıdır.

Maliyyə və hüquqi sahədə də islahatlar zəruridir. Özəl şirkətlərə vergi güzəştləri və subsidiyalar təqdim olunmalıdır, xüsusilə universitetlərlə birgə AR-GE layihələrinə investisiya edənlər üçün. Hökumət dəstəyi ilə “venture capital” fondları yaradılmalı və universitet patentlərinin kommersiyalaşdırılması üçün bürokratik maneələr azaldılmalıdır. Universitet və tədqiqat institutlarının maliyyələşdirilməsi modelləri performansa əsaslanan olmalı, yəni, yalnız nəşrlərə deyil, patentlərə, lisenziyalaşdırma müqavilələrinə və maliyyələşdirilən layihələrə görə qiymətləndirilməlidir.

Bundan başqa, mədəni dəyişiklik və insan kapitalının inkişafı da önəmlidir. STEM proqramlarına təşəbbüskarlıq, IP idarəçiliyi və bazar təhlili modulları əlavə edilməli, akademik mədəniyyət yalnız nəşrə deyil, real təsir və innovasiyaya yönəldilməlidir. Təcrübəli azərbaycanlı alim və mühəndisləri geri gətirmək üçün cəlbedici mövqelər və tədqiqat mühiti yaradılmalıdır.

Gələcəkdə Azərbaycan elmində strateji sahələrə fokuslanmaq vacibdir. Enerji keçidi və bərpaolunan enerji sahəsi ön plana çıxmalıdır, Günəş və külək enerjisi texnologiyaları, hidrogen və yaşıl yanacaqlar, “ağıllı” şəbəkələr və enerji səmərəliliyi sahəsində tətbiqi tədqiqatlar aparılmalıdır. Yeni materiallar sahəsində irəliləmiş kompozitlər və korroziya elmi üzrə tədqiqatlar sənaye ilə birbaşa əlaqəli ola bilər. ICT və rəqəmsal texnologiyalarda isə AI və data analitika ilə yerli sənaye proseslərini optimallaşdırmaq, kibertəhlükəsizlik sahəsində insan kapitalını inkişaf etdirmək önəmlidir.

Bir sözlə, Qarabağ Universiteti bu yeni əməkdaşlıq modelini tətbiq etmək üçün böyük fürsətdir. Universitetin missiyası ilkin olaraq bir-iki strateji bazaryönümlü sahəyə fokuslanmalı, beynəlxalq universitetlər və sənaye liderləri ilə əməkdaşlıq edilməli, həmçinin kurikulum və laboratoriya strukturu biznes ehtiyacları ilə birbaşa uyğunlaşdırılmalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub