PSJ klubu UEFA Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib
Bakı, 23 noyabr, AZƏRTAC
PSJ klubu futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turu çərçivəsində “Seltik”i 7:1 hesabı ilə məğlub edərək yeni rekord müəyyənləşdirib.
AZƏRTAC xəbər verir ki, PSJ-nin yarımmüdafiəçisi Marko Verrattinin oyunda vurduğu qol komandasının beşinci, qrup mərhələsində isə 22-ci top olub. Daha sonra isə Edinson Kavani və Dani Alves komandanın, müvafiq olaraq 23-cü və 24-cü qollarını vurublar.
Beləliklə, PSJ turnirin qrup mərhələsində qolların sayına görə, yeni rekord müəyyənləşdirib. Bu nəticəyədək ən yaxşı göstərici “Borussiya”ya aid idi - 21 qol.
Həmçinin Paris təmsilçisi məğlubiyyətsizlik seriyasını da 23-ə çatdırıb. Sonuncu dəfə baş məşqçi Unai Emerinin komandası cari il aprelin 30-da Fransa çempionatında “Nitsa”ya 1:3 hesabı ilə məğlub olub.
PSJ cari mövsümdə Çempionlar Liqası yarışlarında məhz “Seltik”lə oyunda qapısında qol görüb. Hazırda komandanın turnirdə top fərqi 24:1-ə bərabərdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:28]
Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir
- 15.06.2026 [19:51]
"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]