Qadın futbolçular arasında Azərbaycan çempionatında yeni mövsümün püşkü atılıb
Bakı, 3 oktyabr, AZƏRTAC
AFFA-nın bayrağı altında təşkil edilən Yüksək Qızlar Liqasında 2025/2026-cı illər mövsümünün püşkü atılıb.
AZƏRTAC milli futbol assosiasiyasının rəsmi saytına istinadla xəbər verir ki, püşkatma mərasimində ilk olaraq AFFA-nın baş katibi Cahangir Fərəcullayev çıxış edərək, turnirə qatılan komandalara uğurlar arzulayıb.
Daha sonra AFFA-nın Qadın futbolu departamentinin rəhbəri Zümrüd Ağayeva çempionatın reqlamenti ilə bağlı məlumat verib. AFFA Yüksək Qızlar Liqasında ötən mövsümlə müqayisədə komanda sayı iki dəfə artırılıb. Belə ki, 12 komandanın iştirakı ilə təşkil olunacaq çempionat iki dövrədən ibarət – ev-səfər prinsipi ilə dairəvi sistemlə keçiriləcək.
AFFA Yüksək Qızlar Liqasında I turun oyunları oktyabrın 9-12-də keçiriləcək.
I turun təqvimi
“Qəbələ” – “Araz-Naxçıvan”
“Sabah” – “Şəfa”
“Baku Juniors” – “Zaqatala”
“Sumqayıt” – “Təhsil”
“Dirçəliş” – “Liman”
“Neftçi” – “Ümid” (Gəncə).
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [19:15]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [17:05]
“Zirə” Namik Ələskərovla yollarını ayırıb
- 07.08.2026 [15:55]
Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV
- 07.08.2026 [15:19]
“Fənərbağça”nın sabiq futbolçusu Superliqa klubuna keçib
- 07.08.2026 [13:43]
“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub
- 07.08.2026 [13:32]
“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib
- 07.08.2026 [13:12]