Qadın voleybolçular arasında ölkə çempionatının finalçıları müəyyənləşib
Bakı, 7 aprel, AZƏRTAC
Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında yarımfinalın son matçı keçirilib. Voleybol Mərkəzində təşkil olunan bu görüşdə "Abşeron" və "Murov" klubları üz-üzə gəliblər.
AZƏRTAC xəbər verir ki, komandaların ilk iki oyununda tərəflər hərəyə bir qələbə qazandığından əlavə oyuna ehtiyac yaranmışdı. Həlledici olan bu qarşılaşmaya "Abşeron" daha yaxşı başlayıb və ilk setdə çətinlik çəkmədən qalib gəlib - 25:16. Bu üstünlüyünü sonadək qoruyan "Abşeron" klubu "Murov"un ciddi müqavimətinə baxmayaraq, növbəti hissələri 25:21 və 25:21 hesabları ilə öz xeyrinə yekunlaşdırıb və meydandan 3:0 hesablı qələbə ilə ayrılıb.
Beləliklə, rəqibi üzərində iki qələbə qazanan "Abşeron" finala vəsiqə qazanıb. Komanda çempionluq yolunda "Azərreyl"ə rəqib olub. "Murov" isə bürünc medal uğrunda UNEC-ə qarşı yarışacaq.
Qeyd edək ki, ölkə birinciliyinin reqlamentinə əsasən, final və üçüncülük oyunları 3 qələbəyədək davam edəcək. Bu mərhələnin qarşılaşmalarının keçiriləcəyi vaxt hələ müəyyənləşməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [23:25]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [22:20]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [20:01]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]