“QADINLARIN İCTİMAİ HƏYATDA ROLU” LAYİHƏSİ HƏYATA KEÇİRİLİR
Birlikdən AZƏRTAC-a bildirmişlər ki, layihənin əsas məqsədi “Bacarıqların praktik yolla təlimi” proqramı çərçivəsində azərbaycanlı və britaniyalı mütəxəssislərin təcrübə mübadiləsinə, qadın hüquqlarının təbliğinə və həmçinin lider potensiallı gənc qadınların inkişafına nail olmaqdır.
Layihə çərçivəsində ikimərhələli təlim kursları keçirilmişdir. Təlimlərin birinci mərhələsindən keçənlər xüsusi təlimatçı hazırlama mərhələsində iştirak edəcəklər. Bu təlimatçıların 200-dən çox iştirakçıya təlim keçməyi nəzərdə tutulur. Proqram qanunvericilikdə qadın hüquqlarını təbliğ edə biləcək, təlimdən keçmiş və ictimai həyatda fəal olan qadınların birliyini inkişaf etdirməyə kömək edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]