Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAFQAZ MÜSƏLMANLARI İDARƏSİNİN SƏDRİ ŞEYXÜLİSLAM ALLAHŞÜKÜR PAŞAZADƏNİN ÇIXIŞI

QAFQAZ MÜSƏLMANLARI İDARƏSİNİN SƏDRİ ŞEYXÜLİSLAM ALLAHŞÜKÜR PAŞAZADƏNİN ÇIXIŞI

-Bismillahir-rəhmanir-rəhim!

Zati-aliləri, möhtərəm cənab Prezident!

Əziz din qardaşlarım!

Möhtərəm səfirlər!

Hörmətli qonaqlar!

Ənənəvi iftar məclisimizə təşrif gətirən bütün əziz qonaqlarımızı, xüsusən dövlətimizin rəhbəri, möhtərəm cənab İlham Əliyevi səmimi qəlbdən salamlayır, dəvətimizi qəbul etməklə İslam aləminin önəmli mərasiminə ehtiram göstərdiyinizə görə Azərbaycan müsəlmanları adından və şəxsən öz adımdan dərin təşəkkürümü bildirirəm.

Biz hər il sizinlə mübarək Ramazan ayında, iftar mərasimində görüşürük. Bu görüşlərimiz adi tədbirlərdən deyildir. Bu məclis biz dindarlar üçün dövlətimizin qədim və müqəddəs İslam dininə olan ehtiramının göstəricisi, xalqımız üçün milli-mənəvi dəyərlərə verilən yüksək qiymət, dünya ictimaiyyəti üçün isə Azərbaycanda din və dövlət münasibətlərinin zirvə məqamı deməkdir. Əslində bu, yalnız iftar süfrəsi deyil, birliyimizin, qardaşlığımızın, tolerantlığımızın, Prezidentimizin ətrafında sıx birləşməyimizin nümunəsidir. Şükr edirəm ki, bu görüşün səadətini və bu ayın nemətini Allah-Taala bizə bəxş edir.

Əlbəttə, biz hər dəfə böyük ehtiramla qeyd edirik ki, Azərbaycanın iqtisadi, ictimai-siyasi və mədəni həyatında yaranan dönüş böyük tarixi şəxsiyyət, mərhum Heydər Əliyevin adı ilə bağlıdır. Ölkədə demokratik, hüquqi, dünyəvi dövlətçiliyin əsaslarını quran Heydər Əliyev milli ideologiyada dini dəyərlərin mühüm yer tutduğunu daim bəyan edirdi. Bizim çoxmillətli regionda xalqlarımızın dostluğunun möhkəmlənməsində, dinlərarası tolerantlıq münasibətlərinin inkişafında, Qafqazda sabitliyin təminatında Heydər Əliyevin xidmətləri əvəzsizdir.

Ulu öndərimiz Heydər Əliyevə Allah rəhmət eləsin!

Mərhum Heydər Əliyevlə məni bağlayan ünsiyyət tellərinin, səmimi münasibətlərin tarixi çox böyükdür. Uzun illik tanışlığımız ərzində milli mənəviyyatımızın, istər ölkə daxilində, istərsə də xaricdə şeyxülislamlıq məktəbinin formalaşmasında Heydər Əliyevin böyük zəhməti olmuşdur. İllərin sınağından keçən bu ənənələrin bu gün müasir Azərbaycanın lideri, dövlətimizin başçısı əlahəzrət İlham Əliyevin timsalında davam etməsini Allah-Taalanın lütfü kimi qiymətləndirirəm.

Mən cənab Prezident haqqında ən yüksək və layiqli fikirləri söyləməkdən yorulmuram: bizim Prezidentimiz bunlardan daha yüksəkdə duran şəxsiyyətdir. Ölkənin ən çətin məqamlarında, iqtisadi böhranlar və ictimai gərginliklər dönəmində cənab Prezident milli dəyərlərimizə, dindarlarımızın arzu və ehtiyaclarına həssaslıqla yanaşıb, mərasimlərimizdə iştirak edib, vəd etdiyi tikintilərin - Bibiheybət, Təzəpir, Əjdərbəy, İçərişəhər Cümə məscidlərinin təmir və bərpasına diqqətini bir gün belə əsirgəməyib. Hər bir azərbaycanlı, hər bir müsəlman üçün qürur mənbəyinə çevrilmiş bu müqəddəs abidələrin hər daşında Prezidentimizin zəhməti və qayğısı vardır. O, xalqımızın qəlbində həm dini abidələrimizin, həm də zəfərli gələcəyimizin memarı adını qazanıb. Allah, etdiyi bütün gözəl əməllərdə ona yardımçı olsun! Bu, təkcə mənim yox, bütün Azərbaycan xalqının ən səmimi dualarıdır. Azərbaycan xalqı, ölkəmizin dindarları möhtərəm Prezidentimiz İlham Əliyevin nəcib amallarını ürəkdən bəyənir və dövlətimizin başçısına daim dəstək olacaqlarını bəyan edirlər!

Cənab Prezident! Möhtərəm qonaqlar!

Bu il Azərbaycanın dini mühitində bir sıra önəmli hadisələr baş vermişdir. Hər şeydən əvvəl, biz Bakının İslam mədəniyyətinin paytaxtı seçilməsinin sevincini yaşamaqdayıq. Buna görə ilk növbədə Heydər Əliyev Fondunun prezidenti, xoşməramlı səfirimiz, Azərbaycanın nəcabətli xanımı Mehriban Əliyevaya minnətdarıq. Məhz onun təşəbbüsü ilə Bakı qədim İslam mədəniyyətinin nümunəsi kimi dünyaya təqdim olunub.

Qafqazın tarixi-dini mərkəzi sayılan Təzəpir məscidi kompleksinin və Qafqaz Müsəlmanları İdarəsinin yeni binalarının istifadəyə verilməsi 2009-cu ilin əlamətdar hadisələri siyahısındadır. Bu ilin iyun ayında Moskvada MDB ölkələri müsəlman icmalarının Məşvərət Şurasının yaradılması və sədarətin mənə həvalə olunması da, əslində, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına xidmət edən amillərdəndir. Dövlətimizin dünya birliyində mövqelərinin güclənməsinin təzahürüdür ki, Rus Pravoslav Kilsəsi, Roma Katolik Kilsəsi, ərəb müsəlman aləmi ilə bir cərgədə yer alan Qafqaz Müsəlmanları İdarəsi YUNESKO-nun nəzdində dinlərarası Məşvərət Şurasının üzvüdür. Ənənəvi dinlərin liderləri sırasında Azərbaycan təmsilçisi kimi şeyxülislamın iştirakı da dövlətimizin beynəlxalq aləmdə artan nüfuz və etimadından irəli gəlir.

Bugünkü fürsətdən istifadə edərək, dövlətimizin rəhbərinə 60 illik yubileyimin yüksək səviyyədə keçirilməsinə razılıq verdiyinə və ən əsası, ölkəmizin ali mükafatlarından olan “Şərəf” ordeni ilə təltif edildiyimə görə dərin təşəkkürümü bildirmək istəyirəm. Mən fəxr edirəm ki, həyatımın 30 ili bir şeyxülislam kimi böyük qardaşım, dostum, fenomen şəxsiyyət, mərhum Heydər Əliyevlə birgə olub və onun dəyərli tövsiyələri ilə Allah yoluna, İslamın, vətənimizin tərəqqisinə və Azərbaycan dövlətçiliyinə xidmət etmişəm. Vətənimizin müstəqilliyi, xalqımızın birliyi, ölkəmizin ərazi bütövlüyü və gələcəyi naminə, cənab Prezident, Sizi dəstəkləyir və həmişə də dəstəkləyəcəyik. Vətən yolunda şəhid olanların ruhuna rəhmət diləyir və əmin olduğumu bildirirəm ki, inşallah, Sizin rəhbərliyinizlə Azərbaycan daha böyük uğurlar əldə edəcəkdir!

Zati-aliləri! Hörmətli qonaqlar!

Ramazan on bir ayın sultanı, saflıq və səmimiyyətin məkanı, Qurani-Kərimin nazil olma tarixidir. Belə gözəl bir məqamda mənim evimi mənəvi ocaq bilib bir dost, bir qardaş kimi məclisimizdə iştirakınıza görə möhtərəm Prezidentimiz, Zati-aliləri, Sizə minnətdarlıq edirəm. Sizin hər gəlişiniz bizim üçün şərəf və iftixardır və həm də Allahın mərhəmətidir. Allah-Taala Qurani-Kərimdə Bəqərə surəsinin 185-ci ayəsində buyurur ki, “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və haqqı batildən ayıran Quran ramazan ayında nazil edilmişdir”.

Hamınıza bir daha təşəkkürlərimi bildirir, oruc və namazlarınızın qəbul olunması üçün Allahdan xeyir-dualar diləyirəm.

Allah qəbul etsin!

Vəssalamu əleykum və rəhmətullahi və bərəkatuhu.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev iftar mərasimində çıxış etdi.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub

Sərdar Fərəcov: Uşaqların dünyəvi təhsili və hərtərəfli inkişafı əsas prioritet olmalıdır

BSU-da “Dil və mədəniyyət” forumu: iki ölkə arasında akademik əlaqələr diqqət mərkəzində