DÜNYA
Qahirədə yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 12-yə çatıb
![Qahirədə yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 12-yə çatıb](/files/2023/2/1200x630/1689629574633278876_1200x630.jpg)
Bakı, 18 iyul, AZƏRTAC
Bazar ertəsi Misirin paytaxtı Qahirə şəhərində yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 12-yə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Misirin Səda Əl-Balad telekanalı təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, dağıntılar altından üç uşağın meyiti çıxarılıb. Daha əvvəl 8 nəfərin öldüyü bildirilirdi.
Hadisə paytaxtın şimal hissəsində yerləşən Hadaiq əl-Kobba bölgəsində baş verib. Hadisə yerinə xilasedicilər cəlb olunub və dağıntıları təmizlənməsi davam edir. Yaralılar yerli xəstəxanaya çatdırılıb.
Baş Prokurorluğun məlumatına görə, binanın çökməsi ilə bağlı 3 nəfər saxlanılıb. Onların arasında binanın birinci mərtəbəsinin sahibi də var. İlkin araşdırmaya görə ki, qəzaya səbəb evin birinci mərtəbəsindəki əsas divarlardan birinin uçması olub.