Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qalib ölkənin qalib gəncliyi

Qalib ölkənin qalib gəncliyi

Bakı, 12 avqust, AZƏRTAC

25 il əvvəl, 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin Beynəlxalq Gənclər Günü kimi qeyd olunması təşəbbüsü irəli sürülüb. 1999-cu il dekabrın 17-də isə BMT Baş Assambleyası bu əlamətdar günün təsis edilməsi barədə qərar qəbul edib. Bu günün məqsədi dünya əhalisinin yarıdan çoxunu təşkil edən gənclərə lazımi diqqət göstərmək, onların hərtərəfli inkişafını təmin, təhsildə, elmdə və istehsalatda qazandıqları nailiyyətləri təbliğ etməkdir.

Yer üzündə elə bir xalq yoxdur ki, özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəslə bağlamasın. Sağlam, savadlı, istedadlı gənclərin yetişdirilməsi hər bir dövlətin qarşısında duran başlıca məqsədlərdən biridir. Çünki istənilən xalqın gələcəyi, hər bir ölkənin müqəddəratı bugünkü gənclərdən asılıdır.

Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması xüsusilə önəmlidir. Böyük iftixar hissi ilə deməliyik ki, müstəqil Azərbaycanın müasir gəncliyi Ulu Öndər Heydər Əliyevin banisi olduğu azərbaycançılıq məfkurəsinə sadiq olaraq milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, əcdadlarımızdan miras qalan adət-ənənələrimizi layiqincə qoruyur, zənginləşdirir, təhsildə, əmək fəaliyyətində uğur qazandıqda təkcə öz gələcəyi barədə deyil, ilk növbədə, doğma Azərbaycanın bu günü və sabahı haqqında düşünür, yüksək vətəndaşlıq hissi ilə yaşayır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Bakı Dövlət Universitetinin Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədovun “Qalib ölkənin qalib gəncliyi” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik:

Ölkəmizdə gənclər siyasətinin əsasını daim xalqına arxalanan, gənclərə böyük ümidlər bəsləyən, Azərbaycanın gələcəyinin onların əlində olduğunu vurğulayan Ulu Öndərimiz Heydər Əliyev qoyub. Ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə Ümummilli Liderimiz gənclərin imkan və bacarıqlarını yüksək dəyərləndirib, onların xalqa və dövlətə sadiq vətəndaşlar kimi formalaşmasına xüsusi önəm verib, təməlini qoyduğu gənclər siyasətini müstəqil dövlətimizin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevirib. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması, 1996-cı ildən başlayaraq mütəmadi olaraq Azərbaycan gənclərinin forumlarının keçirilməsi, 1997-ci ildə fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi, gənclərlə bağlı beş Dövlət Proqramının qəbul olunması, 1999-cu ildə “Dövlət gənclər siyasəti haqqında” Fərmanın, 2002-ci ildə “Gənclər siyasəti haqqında” Qanunun imzalanması və geniş fəaliyyət proqramının təsdiqlənməsi dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan gəncliyinə böyük diqqət və qayğısının təzahürüdür.

Bu gün yeni reallığa qədəm qoymuş Azərbaycanda dövlət gənclər siyasəti məzmun və keyfiyyətcə yeni mərhələsini yaşayır. Ölkə Prezidenti İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları, fərman və sərəncamları, təşəbbüsləri və əməlləri ilə təsdiq edir. Gənclərin hərtərəfli inkişafı, mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsi, sağlamlığı və təhsili, vətənpərvərlik tərbiyəsi, sosial müdafiəsi, məşğulluğunun təmin olunması ilə bağlı problemlərin həlli istiqamətində görülən işlər, həyata keçirilən genişmiqyaslı layihələr, respublika səviyyəli və beynəlxalq tədbirlər ölkə başçısının bu sahəyə böyük diqqət və qayğısının bariz nümunəsidir. 2005-2009-cu illəri əhatə edən Dövlət Proqramının təsdiq edilməsi, 2005-ci ildə gənc ailələrə güzəştli ipoteka kreditlərinin verilməsi barədə Fərmanın imzalanması, 2007-ci ilin “Gənclər ili” elan edilməsi, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı”nın, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının təsdiqlənməsi, 2011-ci ildə Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq olunması, 2019-cu ildə “Yüksəliş” müsabiqəsinin təsisi, 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ölkəmizdə dövlət gənclər siyasətinin davamlı olaraq həyata keçirildiyini bir daha sübuta yetirir.

Dövlətimizin davamlı inkişaf konsepsiyasının, o cümlədən gənclər siyasətinin uğurla gerçəkləşməsində ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətləri də böyükdür. Birinci xanımın rəhbərlik etdiyi Fond gənc nəslin sağlamlığının qorunması, xüsusilə də fiziki qüsurlu uşaq və gənclərin, müharibədə döyüşmüş qazilərin sağlamlığının bərpa olunması, gənclərin təhsil alması və məşğulluğunun təmin edilməsi, onların vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində böyük layihələrə imza atır, genişmiqyaslı tədbirlər həyata keçirir.

Azərbaycan gəncliyi tarix yazan gənclikdir. Rəşadətli Azərbaycan Ordusunun sıralarında torpaqlarımızın işğaldan azad edilməsi uğrunda 2020-ci il sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsində mətanətlə vuruşan gənclərimizin adları xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazılıb. Gənclərimizin misilsiz qəhrəmanlığı ilə əldə olunan şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuzillik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Bu gün azad edilən torpaqlarımızda görülən quruculuq-abadlıq işlərində də gənclərimiz fəal iştirak edirlər.

Azərbaycan gənci olmaq, həqiqətən də, şərəflidir. Şərəfli olduğu qədər də məsuliyyətlidir. Çünki Ulu Öndərimiz Heydər Əliyevin dediyi kimi, “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir”. Gənclərimiz bu ümidi doğrultmağa hər zaman hazırdırlar. Prezident İlham Əliyevin “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” - sözləri isə Azərbaycan dövlətinin gənclərə yüksək etimadının, gənclərin isə Prezidentə dərin ehtiramının bariz nümunəsidir.

Müasir Azərbaycan gəncləri xalqımızın ləyaqətli övladları, ölkəmizin dəyərli vətəndaşları olduqlarını öz əməlləri ilə sübut ediblər. Bu gün “Kimdir Azərbaycan gənci?” sualına cavab birmənalıdır: Vətənini sevən, xalqına bağlı, dövlətinə sadiq ölkə vətəndaşıdır...Haqq və ədalətin bərpası uğrunda canından keçməyə hazır olan, düşmənə mərdliklə sinə gərən, şəhidlik zirvəsinə ucalmağı şərəf bilən rəşadətli əsgərdir...Dövlətinin inkişafı, xalqının rifahı naminə qurub-yaradan, əkib-becərən, işğaldan azad etdiyi torpaqlara nəfəs verən fəhlədir, mühəndisdir, inşaatçıdır...Quruda və suda “qara qızıl” hasil edən neftçidir, xəstələrə şəfa verən həkim, uşaqlara bilik verən müəllimdir...

Elm öyrənən, təhsil alan tələbədir Azərbaycan gənci.

Bu şərəfli adı daşıyan hər bir kəsin Beynəlxalq Gənclər Günü mübarəkdir!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir