Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 25 santimetr artım qeydə alınıb
Bakı, 18 sentyabr, AZƏRTAC
Sentyabrın 18-də Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-90, Kiçik Qafqazın çaylarında 70-120, Lənkəran-Astara bölgəsi çaylarında isə 25-30 faizini təşkil edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr artım müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 88 kubmetr olub. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 25 santimetr artım qeydə alınıb. Bu məntəqədə su sərfi saniyədə 87 kubmetr təşkil edib. Araz çayının Novruzlu məntəqəsində də suyun səviyyəsində 14 santimetr artım qeydə alınıb. Kür çayının aşağı axınında da suyun səviyyəsinin artdığı müəyyən edilib.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 326, Şirvanda 177, Salyanda 115, Bankədə 176, Novruzlu məntəqəsində isə 55 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]