Qanun pozuntuları ilə əlaqədar 106 müraciət qeydə alınmışdır
Bakı (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 24 saat fəaliyyət göstərən “Qaynar xətt”inə aprel ayı ərzində 106 müraciət daxil olmuşdur.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ağacların kəsilməsi ilə bağlı müraciətlər araşdırılmış, 5 şikayət üzrə fakt təsdiqlənmiş və qanunamüvafiq tədbirlər görülmüşdür. 16 müraciət isə öz təsdiqini tapmamışdır.
Ağacların aşma təhlükəsi ilə əlaqədar 72 müraciətdən 67-nə yerində baxış keçirilmiş, rəy və təkliflər verilmiş, 2 müraciət əsassız hesab edilmişdir. 3 müraciət isə icradadır.
Məişət tullantılarının qalaqlanması, yerin təkindən istifadə, atmosfer havasının çirklənməsi, çirkab sularının axıdılması və radiasiya ilə əlaqədar 13 müraciətdən 2-si barədə tədbirlər görülmüş, 11-i isə əsassız olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]